Neymar cari mövsümün yeni rekorduna imza atıb
Bakı, 13 avqust, AZƏRTAC
Fransanın “Paris Sen-Jermen” futbol klubunun braziliyalı hücumçusu Neymar yeni rekorda imza atıb.
AZƏRTAC xəbər verir ki, UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsində “Atalanta” ilə qarşılaşmada 16 dəfə uğurlu driblinq edən 28 yaşlı hücumçu bu baxımdan 2019-2020-ci il mövsümünün rekordunu yeniləyib. Onadək ən yüksək göstərici “Barselona”nın kapitanı Lionel Messi və “Napoli”nin hücumçusu Lorenzo İnsinyeyə məxsus idi. Hər iki futbolçu bir matçda 11 uğurlu driblinqlə yadda qalıb.
Qeyd edək ki, “Paris Sen-Jermen”in “Atalanta” üzərində 2:1 hesablı qələbə qazandığı görüşdə Neymar məhsuldar ötürmə edib. Yarımfinala adlayan Fransa klubunun bu mərhələdəki rəqibi “Leypsiq”-“Atletiko” cütünün qalibi olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [18:28]
Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub
- 16.06.2026 [18:07]
İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq
- 16.06.2026 [16:57]
Azərbaycan yığmasının futbolçusu: Milli komandada inkişaf hiss olunur
- 16.06.2026 [16:20]
Mərakeş millisinin sabiq futbolçusu: Ümid edirəm ki, dünya çempionu olacağıq
- 16.06.2026 [16:07]
Azərbaycan cüdoçuları Rusiyada 3 medal qazanıblar
- 16.06.2026 [15:46]
Cavid Hüseynov: Çalışacağıq ki, “Araz-Naxçıvan”la uğur qazanaq
- 16.06.2026 [14:49]