Nikol Paşinyan Azərbaycanın Qazax rayonu ilə sərhəd bölgələrə səfər edib
Tbilisi, 18 mart, AZƏRTAC
Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanın Qazax rayonu ilə həmsərhəd olan Tavuş bölgəsinə səfər edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryan özünün sosial şəbəkə hesabında yazıb.
Bildirilib ki, Paşinyan Qazax rayonu ilə həmsərhəd olan regiona səfəri çərçivəsində Əskipara, Bağanis və digər kəndlərdə yaşayan sakinlərlə görüşüb.
Qeyd edək ki, Paşinyan sonuncu mətbuat konfransı zamanı Tavuş vilayətinə gedəcəyini və vəziyyəti yerində öyrənəcəyini bildirmişdi.
O, həmçinin deyib ki, Azərbaycan ilə Ermənistan arasında sərhədin delimitasiyası Tavuş vilayətindən başlayacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [16:57]
Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq
- 14.10.2026 [16:52]
Yunanıstanda fırtına və leysan daşqınlara səbəb olub
- 14.10.2026 [15:48]