Noyabrın 19-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
buludlu hava şəraiti üstünlük təşkil edəcək. Arabir yağış yağacağı gözlənilir.
Havanın temperaturunun gecə 4-6° isti, gündüz 6-8° isti olacağı gözlənilir.
Bakıda gecə 4-6° isti, gündüz 6-8° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 767 millimetr civə sütunu təşkil edəcəkdir.
Nisbi rütubət 75-85 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
yağış, bəzi yerlərdə sulu qar, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə zəif duman olacaqdır.
Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy rayonlarında
sulu qar, qar yağacağı gözlənilir.
Səhər ayrı-ayrı yerlərdə duman olacaqdır.
Havanın temperaturunun gecə 3-8° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
yağıntı olacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir.
Səhər bəzi yerlərdə duman olacaqdır.
Havanın temperaturunun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 6-10° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
havanın yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperaturun gecə 0-5° şaxta, bəzi yerlərdə 2°-dək isti, gündüz 4-9° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı gözlənilir.
Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 12-17° şaxta təşkil edəcəkdir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
səhər və gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə duman olacaqdır.
Havanın temperaturunun gecə 0-5° isti, gündüz 6-11° isti olacağı gözlənilir.
Masallı-Lənkəran-Astara-Lerik, Yardımlı rayonlarında
yağıntı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.
Səhər dağlarda duman olacaqdır.
Havanın temperaturunun gecə 4-7° isti, gündüz 8-10° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-7° isti olacağı gözlənilir.