Noyabrın 21-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gündüz əsasən yağmursuz, bəzi yerlərdə az yağış yağacağı gözlənilir.
Temperatur gecə 4-6° isti, gündüz 6-9° isti olacaqdır.
Bakıda gecə 4-6° isti, gündüz 7-9° isti olacaqdır.
Atmosfer təzyiqi normadan yüksək 763 millimetr civə sütunundan 770 mm civə sütununa yüksələcəkdir, nisbi rütubət 80-90 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
Gecə və axşam yağıntılı olacaq. Ayrı-ayrı yerlərdə zəif duman olacaqdır.
Temperatur gecə 0-5°, bəzi yerlərdə 3°-dək isti, gündüz 6-11° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,Daşkəsən-Gədəbəy rayonlarında
əsasən yağmursuz, lakin bəzi yerlərdə çiskinli, yağıntılı olacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperatur gecə 0-5° şaxta, gündüz 0-5° isti olacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
əsasən yağmursuz, gecə və axşam az yağıntılı olacaqdır. Səhər bəzi yerlərdə duman olacaqdır.
Temperatur gecə 0-5° isti, gündüz 6-11° isti olacaqdır.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
Gündüz əsasən yağmursuz, gecə və axşam bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperaturun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 4-9° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 0-40-dək isti olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 7-12° şaxta təşkil edəcəkdir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,Neftçala rayonlarında
arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperatur gecə 1-6° isti, gündüz 7-11° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
Gündüz əsasən yağmursuz, lakin gecə və axşam bəzi yerlərdə yağış yağacağı, duman olacağı gözlənilir. dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Səhər dağlarda duman olacaqdır.
Temperatur gecə 4-7° isti, gündüz 8-11° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 4-7° isti olacaqdır.