NYT: ABŞ və İran Qırmızı dəniz və Qəzzadakı vəziyyətlə bağlı gizli danışıqlar aparıb
Bakı, 16 mart, AZƏRTAC
ABŞ və İran yanvar ayında Qırmızı dənizdəki vəziyyət və Qəzza zolağındakı münaqişə ilə bağlı gizli danışıqlar aparıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “New York Times” (NYT) nəşri öz mənbələrinə istinadla məlumat yayıb.
Məlumata görə, yanvarın 10-da Omanın paytaxtında gizli danışıqlar aparılıb. Nəşrin iddiasına görə, Vaşinqton Qırmızı dənizdə husilərin gəmilərə və İraq və Suriyadakı Amerika bazalarına hücumlarını dayandırmaq üçün İrana təsir etmək istəyirdi. Tehran ABŞ Prezidenti Co Bayden administrasiyasından Qəzza zolağında atəşkəs əldə etməyi xahiş edib.
Vaşinqtonu danışıqlarda Ağ evin Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq və Şimali Afrika üzrə koordinatoru Brett Makqurk və ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi vəzifəsini icra edən Abram Paley, Tehranı isə xarici işlər nazirinin müavini Əli Baqeri Kani təmsil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [15:48]
Bolqarıstan NATO-nun dronlara qarşı müdafiə təşəbbüsünə qoşulmağa hazırlaşır
- 14.10.2026 [15:47]
Çinin xarici ticarəti 19 faizə yaxın artıb
- 14.10.2026 [15:27]
İsrail ordusu Livanda partlayıcı qurğu və silahlar aşkarlayıb
- 14.10.2026 [15:27]