Nyu-Cersi sakini iki ildən sonra lotereyada ikinci cekpotu da qazanıb
Vaşinqton, 23 sentyabr, AZƏRTAC
Nyu-Cersi ştatının sakini Freddi R. lotereyada 250 min dollar udub. O, bu uduşu ikinci dəfədir ki, qazanır. İki il bundan əvvəl Freddi ştatın “Platinum Diamond Spectacular” lotereyalarının birindən 2 milyon həcmində cekpota sahib olmuşdu.
AZƏRTAC xəbər verir ki, Freddinin sözlərinə görə, adəti üzrə aldığı lotereya biletləri son zamanlar ona heç bir uğur gətirmirdi. Bu səbəbdən o, digər lotereya biletindən bir neçəsini almaq qərarına gəlib.
Tale onun üzünə ikinci dəfə gülüb. Biletlərdən biri ona əsas mükafatı - 250 min dolları qazandırıb. Lotereya uduşlarına vergi çox yüksək olduğundan (məbləğin 50-60 faizi) Freddiyə 115 min dollar qalacaq. Qalib bu vəsaiti təqaüdü üçün saxlayacağını bildirib.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [16:21]