Odessada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə abidə ucaldılması planlaşdırılır
Bakı, 7 iyul (AZƏRTAC). Odessada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə abidə ucaldılması planlaşdırılır.
AZƏRTAC xəbər verir ki, layihə müəllifi memar Vladimir Qlazırin, heykəltəraş Aleksandr Tokarev olan abidəni 4-cü Böyük Fəvvarə stansiyasındakı bağda ucaltmaq nəzərdə tutulur. Odessa şəhərinin baş memarı Boris Brovin bu barədə memarlıq və şəhərsalma bələdiyyə idarəsi yanında şəhərsalma şurasının iyulun 7-də keçirilmiş iclasında məlumat vermişdir.
B.Brovinin sözlərinə görə, bu abidənin ucaldılması barədə xahişlə Azərbaycanın Ukraynadakı səfirliyi müraciət etmişdir.
Bağın ərazisi 2 hektar, abidə üçün ayrılan sahənin ərazisi isə 0,2 hektardır. Bağın Şərq üslubunda abadlaşdırılması, orada 2 fəvvarə və 2 hovuz tikilməsi, həmçinin qırmızı qranitdən hazırlanmış torşerlər qoyulması nəzərdə tutulur. B.Brovin bu bağın yenidən qurulması layihəsinə yaxınlıqdakı yolların abadlaşdırılması ilə əlaqədar işlərin də daxil olunmasını təklif etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 31.07.2026 [20:08]
Diaspor Gənclərinin 7-ci Yay Düşərgəsinin iştirakçıları Azərbaycana gəliblər
- 27.07.2026 [15:06]
Azərbaycan Beynəlxalq Gənclər Assambleyasında təmsil olunacaq
- 24.07.2026 [15:54]
VIII “Qardaşlaşmış Qarabağ məktəbləri” Yay Düşərgəsi başa çatıb
- 22.06.2026 [23:01]