Oğuzda ödənişli xidmətlərin həcmi 10 milyon manata yaxın olub
Oğuz, 13 avqust, Mustafa Dadaşov, AZƏRTAC
Bu ilin birinci yarısında Oğuz rayonunda əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 409,6 min manat və ya 7,1 faiz artaraq 9 milyon 98,3 min manat olub. Ödənişli xidmətlərin 2 milyon 765,3 min manatı və ya 30,4 faizi hüquqi, 6 milyon 333 min manatı və ya 69,6 faizi fiziki şəxslərin payına düşür.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Oğuz Rayon Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, hesabat dövründə əhaliyə 1 milyon 128 min manatlıq məişət xidmətləri göstərilib. İaşə dövriyyəsinin həcmi 413 min manat və ya 12,1 faiz artaraq, 1 milyon 748 min manat olub. İaşə dövriyyəsinin 5,1 faizi hüquqi, 94,9 faizi hüquqi şəxslərin payına düşür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [12:58]
Aqrar sektorda rəqəmsallaşma genişlənir və sığorta sistemi gücləndirilir
- 12.06.2026 [12:48]