Oktyabrda 6,9 mindən çox sığorta müqaviləsi bağlanmışdır
Bakı, 7 noyabr (AZƏRTAC). Oktyabr ayında daşınmaz əmlakın icbari sığortası üzrə 6,438, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 473 sığorta müqaviləsi bağlanmışdır.
İcbari Sığorta Bürosundan AZƏRTAC-a bildirmişlər ki, həmin icbari sığorta növləri üzrə müvafiq olaraq 1,265,733 və 31,950 manat məbləğində sığorta haqqı toplanmışdır. Daşınmaz əmlakın icbari sığortası müqavilələri üzrə sığorta predmetinin 46,9 faizini Bakı, 7,9 faizini Sumqayıt, 3,9 faizini Gəncə, 5 faizini Abşeron, 2,8 faizini Mingəçevir, 2 faizini Lənkəran, 31,5 faizini isə digər şəhər və ya rayonlarda qeydiyyatda olan daşınmaz əmlak təşkil etmişdir. Sığorta müqavilələrinin 65,2 faizi yaşayış evləri və mənzillər, 0,4 faizi inzibati binalar, 34,4 faizi digər daşınmaz əmlakla bağlı olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]