OKTYABRIN 15-DƏ POLİS GÜCLƏNDİRİLMİŞ İŞ REJİMİNDƏ İŞLƏYƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə daxili işlər nazirinin müavini, general-leytenant Əsgər Ələkbərov demişdir.
Ə.Ələkbərov bildirmişdir ki, oktyabrın 15-də keçiriləcək prezident seçkiləri günü əhalinin təhlükəsizliyi yüksək səviyyədə təmin olunacaq, seçicilər tam sərbəst, heç bir təhlükə olmadan istədikləri namizədə səs verəcəklər.