OLİMPİYA MƏŞƏLİNİN QİTƏLƏRDƏN QİTƏLƏRƏ SƏFƏRİ 50 MİLYON DOLLARA BAŞA GƏLMİŞDİR
Qəzet yazır ki, indiki Olimpiadaya qədər məşəlin aparılması estafeti, əslində, adi bir prosedurdan ibarət idi. Onu Yunanıstanın Olimpiya şəhərində yandırır və Oyunları qəbul edən ölkəyə yola salırdılar. Lakin bu dəfə Olimpiyadan Afinayadək təxminən 100 kilometrlik məsafə Oyunların təşkilatçılarına, başlıcası isə, sponsorlarına çox qısa görünmüşdür. “Koka-Kola” və “Samsunq” şirkətləri öz loqotiplərinin imkan daxilində daha çox ölkədə nümayiş etdirilməsini istəyirdilər.
Odur ki, dünyada iki ən iri sərnişin təyyarəsi – iki “Boinq-747” məşəli daim müşayiət edən 110 adamı, habelə mərasimlərin iştirakçısı olan 20 qızı bir qitədən digərinə aparmışdır. Alovun özü, necə deyərlər, 6 “törəmə” məşələ bölünmüşdü, təyyarələrin hərəsi üç məşəl aparırdı. Məşəllər gecələr qonaq otaqlarında saxlanılırdı, hər otaqda iki məşəl və iki mühafizəçi olurdu. Nəticədə, bütün əməliyyat 50 milyon dollara başa gəlmişdir.
Məqalədə deyilir ki, bütün estafet zamanı alov bir neçə dəfə sönmüşdür. Belə hallarda onları ehtiyat məşəldən yandırırdılar. Bu əməliyyat 15 saniyədən artıq çəkmirdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [12:48]
Arif Əsədov: Dünya çempionatının əsas favoriti kimi Portuqaliyanı görürəm
- 11.06.2026 [11:21]
FIFA beynəlxalq transfer qaydalarında dəyişiklik edib
- 11.06.2026 [11:08]
“Zirə” 5 futbolçusu ilə müqavilənin müddətini uzadıb
- 11.06.2026 [10:57]
Üç futbolçu dünya çempionatı tarixinə düşməyə hazırlaşır
- 11.06.2026 [10:48]
NBA: “Nyu-York Niks” final seriyasında üçüncü qələbəsini qazanıb
- 11.06.2026 [10:27]
"UFC Freedom 250" turniri ilk dəfə Ağ Evin ərazisində keçiriləcək
- 11.06.2026 [08:00]
Bu gün futbol üzrə dünya çempionatı start götürür
- 10.06.2026 [21:36]