ÖLKƏ BASKETBOL ÇEMPİONATININ OYUNLARI OLMUŞDUR
Kişi basketbolçuların görüşlərində nəticələr belə olmuşdur: “Aztop” -“Binəqədi bələdiyyəsi” - 84:52, “Qala” - “Qərb Universiteti” - 125:53. “Azəri” komandası bu turda istirahət etmişdir. Hazırda yarış cədvəlində “Qala”nın 18, “Qərb Universiteti”nin 14, “Aztop”un 12 xalı var.
Qadınlar arasında iki oyun olmuşdur. Nəticələr belədir: “Məşəl - 1” - “Xəzər Universiteti” - 75:34, “Məşəl - 2” - Nərimanov rayon UGİM - 67:49. “Məşəl - 1” 12 xalla birinci, “Məşəl - 2” 9 xalla ikinci, “Xəzər Universiteti” 8 xalla üçüncü sıradadır. Uşaqlar arasında isə ölkə birinciliyinin yalnız bir oyunu baş tutmuşdur. Xətai rayon UGİM-in basketbolçuları “Təhsil” RİM komandasını 87:65 hesabı ilə məğlub etmişlər. Sabunçu rayon UGİM-in və “Spartak” İC-in basketbolçuları oyunlara gəlmədiyi üçün, müvafiq olaraq, Qaradağ rayon UGİM və “Renat” İK komandalarına texniki qələbə verilmişdir.
Növbəti turun oyunları fevralın 11-12-də keçiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [14:59]
“Fənərbağça”nın ulduzu “Turan Tovuz”la oyunda meydana çıxa biləcək
- 30.09.2026 [14:08]
Fransalı pilot “Haas” komandasından ayrılacağını açıqlayıb
- 30.09.2026 [13:43]
Azərbaycan Alpinizm Federasiyasına yeni prezident seçilib
- 30.09.2026 [12:54]
Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb
- 30.09.2026 [12:49]
Fransanın məşhur klubu 1 avroya satılıb
- 30.09.2026 [11:28]