Ölkə ərazisinin 10,2 faizi xüsusi mühafizə olunur
Bakı, 16 dekabr (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departameninin 2011-ci ilin 11 ayı ərzində fəaliyyətinin yekunları açıqlanmışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bu ilin 11 ayı ərzində hüquqi, fiziki şəxslər və vətəndaşlar tərəfindən yol verilmiş qanun pozuntularına görə 1881 akt və 577 protokol tərtib olunmuş, aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq qanunvericiliyə əsasən 957 icrası məcburi olan göstəriş verilmişdir. Hüquq mühafizə orqanlarına 121, məhkəmələrə 125, məhkəmə icraçılarına 394 iş göndərilmişdir.
Ətraf mühitin qorunması ilə bağlı mübarizə tədbirlərinin davam etdirilməsi nəticəsində hazırda ölkəmizdə xüsusi mühafizə olunan təbiət ərazilərinin ümumi sahəsi 880 min 774,04 hektara çatdırılmışdır.
Bundan başqa, ölkəmizdə 8 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir. Ümumilikdə xüsusi mühafizə olunan sahələr ölkə ərazisinin 10,2 faizini təşkil edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]