ÖLKƏ ÜZRƏ 263 MİN 200 DAŞINMAZ ƏMLAK ÜZƏRİNDƏ HÜQUQLAR QEYDİYYATA ALINMIŞDIR
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən AZƏRTAC-a bildirmişlər ki, 2006-cı ilin martından cari ilin sentyabrına qədər ölkə üzrə 263 min 200 daşınmaz əmlak üzərində hüquqlar qeydiyyata alınmışdır. Bu müddətdə xidmətin ərazi idarələrində 40 min ipoteka müqaviləsinin dövlət qeydiyyatı aparılmışdır.
Cari ilin 8 ayında 83 min 400 daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyatı aparılmışdır. Bu, 2007-ci ilin müvafiq dövrü ilə müqayisədə 35 faiz çoxdur. Ötən ilin eyni dövrü ilə müqayisədə 2008-ci ilin yanvar-avqustunda daşınmaz əmlak üzərində hüquqların ilkin qeydiyyatı üzrə 15, təkrar qeydiyyatı üzrə 24, ipoteka müqavilələrinin dövlət qeydiyyatı sahəsində isə 15 faizə yaxın artım müşahidə olunmuşdur.
Xidmətin yerli qurumlarının gəlir və daxilolmaları bu müddətdə170 faiz artmışdır.