OMBUDSMAN ƏSGƏR VƏ ZABİTLƏRLƏ GÖRÜŞMÜŞDÜR
Azərbaycan Resublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova Füzuli rayonu ərazisindəki N saylı hərbi hissədə şəxsi heyətlə keçirdiyi görüşdə ümummilli liderimiz Heydər Əliyevin ölkəmizdə ordu quruculuğu sahəsində atdığı mühüm addımlardan danışmış, Ali Baş Komandanın rəhbərliyi ilə nizami ordu yaradıldığını və bu gün silahlı qüvvələrimizin Prezident İlham Əliyevin qayğı və diqqəti ilə əhatə olunduğunu bildirmişdir.
Ombudsman aparatından AZƏRTAC-a bildirmişlər ki, Elmira Süleymanova şəxsi heyətin mənzil-məişət şəraiti, keçirilən təlimlər, asudə vaxtın təşkili, ordudan tərxis olunma və hərbi nizamnamədəki digər qaydalara riayət olunması məsələləri ilə maraqlanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [16:31]
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 28.09.2026 [21:15]