OMBUDSMAN MÜVƏQQƏTİ SAXLANILMA TƏCRİDXANASINA BAXIŞ KEÇİRMİŞDİR
Ombudsman Aparatından AZƏRTAC-a bildirmişlər ki, baxış zamanı müvəkkil MST-dəki şərait, saxlanılanların vəziyyəti, qidalanması, tibbi təminatı, onların saxlanılması üçün əsas verən sənədlər, həmin şəxslərə qarşı geyri-insani rəftara, şəxsiyyəti alçaldan hərəkətlərə yol verilib-verilməməsi, tutulub saxlanılarkən Azərbaycan Respublikasının Cinayət-Prosessual qanunvericiliyinin tələblərinə riayət edilib-edilməməsi ilə maraqlanmışdır.
O, ümumi baxışdan sonra saxlanılanlarla ayrı-ayrılıqda, onların hüquqlarını əhatə edən suallar əsasında söhbət etmişdir. Saxlanılan şəxslər onlara qarşı heç bir qanun pozuntusuna yol verilmədiyini, hüquqlarının pozulmadığını bildirmişlər.
Ombudsman MST-nin rəhbərliyi ilə söhbət etmiş, müvafiq tapşırıqlar və tövsiyələr vermişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]
Pulsuz hüquqi yardım haqqında yeni qanun layihəsi hazırlanıb
- 03.10.2026 [20:32]
Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir
- 03.10.2026 [19:05]