OMBUDSMANIN MÜRACİƏTİ MÜSBƏT NƏTİCƏ VERDİ
Ombudsman aparatından AZƏRTAC-a bildirmişlər ki, Elmira Süleymanova Bayıldakı 1 saylı təcridxanada saxlanılan şəxslərin şəraiti, sağlamlığı, qidalanması, sanitariya-gigiyena vəziyyəti, həbs müddəti ərzində onlara göstərilən münasibətlə maraqlanmışdır. Həmin şəxslər istintaq zamanı, habelə təcridxanada saxlanıldıqları müddət ərzində onlara qarşı işgəncələrə, qeyri-insani hərəkətlərə və hüquqlarının pozulmasına yol verilmədiyini, ilk gündən vəkillə təmin edildiklərini söyləmiş, istintaqın gecikdirilməsindən narahat olduqlarını bildirmişlər.
Bununla bağlı Azərbaycan Respublikasının Baş prokuroruna müraciət olunmuş, başlanılmış cinayət işləri üzrə aparılan istintaqın qısa müddətdə başa çatdırılması, günahsız şəxslərin azadlığa buraxılması tövsiyə edilmişdi.
Həmin müraciətdən sonra Nəsimi Rayon Məhkəməsinin müvafiq qərarı ilə təsdiqləndirilən şəxslərdən 10 nəfəri, o cümlədən ombudsmanın Baş prokurora müraciətində adları qeyd olunan şəxslər barəsindəki həbs qətimkan tədbiri dəyişdirilmiş, onlar azadlığa buraxılmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [16:31]
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 28.09.2026 [21:15]