OMBUDSMANIN NÜMAYƏNDƏSİ İSVEÇDƏ TƏCRÜBƏ KEÇMİŞDİR
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin İsveç Krallığının R.Vallenberq adına İnsan Hüquqları və Humanitar Hüquq İnstitutu ilə əldə etdiyi razılaşmaya əsasən, təsisatın əməkdaşı Ziba Məmmədova bu institutda təcrübə keçmişdir.
Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, qurumun əməkdaşı təcrübə müddətində beynəlxalq kitabxana sistemindəki yeniliklər, informasiya axtarışı, kitabların alınması üçün satış agentləri ilə əlaqələrin qurulması, virtual kitabxana və başqa sahələrə dair biliklər almışdır.
Həmin institut insan hüquqları sahəsində ən nüfuzlu mərkəzlərdən biridir və burada fəaliyyət göstərən beynəlxalq biblioqrafiya sistemli kitabxanada oxuculara dünya standartlarına uyğun xidmət göstərilir.