On beş yaşlı məktəbli “Crocus City Hall”da 100-dən çox insanı təxliyə edib
Bakı, 24 mart, AZƏRTAC
“Crocus City Hall”ın qarderobunda işləyən məktəbli oğlan binadan 100-dən artıq insanın sağ-salamat çıxmasını təmin edib.
AZƏRTAC “Gazeta.ru”-ya istinadla xəbər verir ki, gənc qəhrəmanın adı İslamdır, onun 15 yaşı var. Məktəblinin sözlərinə görə, o, işə başlamazdan əvvəl fövqəladə hallar zamanı yerinə yetiriləcək tədbirlərlə bağlı təlim keçdiyinə görə, terror aktı zamanı təlimatda göstərilən qaydalara dəqiqliklə əməl edib.
İslam qorxu və həyəcan içində olan insan kütləsini dar keçiddən “Ekspo” pavilyonunun ərazisinə ötürüb, daha sonra isə xidməti otaqdan keçirərək, təhlükənin olmadığı küçəyə çıxarıb.
Qeyd edək ki, martın 22-də Moskvadakı “Crocus City Hall”da törədilən terror aktı nəticəsində ölənlərin sayı 133 nəfərə çatıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [16:50]
Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək
- 11.06.2026 [16:33]
Fransızların 23 faizi maliyyə səbəblərinə görə tibbi müayinədən imtina edib
- 11.06.2026 [16:18]
Polşada qanunsuz yaşayan 140 əcnəbi saxlanılıb
- 11.06.2026 [15:52]
İran 408 əfqan məhbusu Əfqanıstana təhvil verib
- 11.06.2026 [15:40]
Böyük Britaniyanın müdafiə naziri istefa verib
- 11.06.2026 [15:33]