On bir mindən çox tərbiyəçi-müəllimin bilik və bacarıqları qiymətləndirilib
Bakı, 11 sentyabr, AZƏRTAC
Məktəbəqədər təhsildə keyfiyyətin artırılması məqsədilə tərbiyəçi-müəllimlərin peşəkarlığının qiymətləndirilməsi və inkişafı istiqamətində tədbirlər həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, bunu təhsil işçilərinin sentyabr konfransında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib.
Agentliyin direktoru bildirib ki, 11 mindən çox tərbiyəçi-müəllimin bilik və bacarıqları qiymətləndirilib, onların peşəkar inkişaf ehtiyacları müəyyənləşdirilib. İlin sonunadək 12 minə yaxın tərbiyəçi-müəllimin sertifikatlaşdırılması keçiriləcək.
E.Bağırov qeyd edib ki, son illərdə mərkəzləşdirilmiş və rəqabətli seçim mexanizmi vasitəsilə təxminən 1300 yeni ixtisaslı tərbiyəçi-müəllim sistemə cəlb olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [14:34]
ADAU “UI GreenMetric 2026” reytinqində mövqeyini yaxşılaşdırıb
- 30.09.2026 [14:13]
BDU-da elmi-tədqiqat layihələri üzrə müsabiqə elan olunur
- 30.09.2026 [13:17]