OPEC-in neft hasilatı iyulda 836 min barel azalıb
Bakı, 11 avqust, AZƏRTAC
Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) neft hasilatı iyulda əvvəlki ayla müqayisədə gündəlik 836 min barel azalaraq 27 milyon 310 min barelə düşüb.
AZƏRTAC OPEC-in aylıq hesabatına istinadla xəbər verir ki, təşkilatın aylıq neft bazarı hesabatına görə, hasilatın ən böyük azalması müşahidə olunan ölkələr Səudiyyə Ərəbistanı, Liviya və Nigeriyadır. Qrupun ən böyük istehsalçısı Səudiyyə Ərəbistanında gündəlik neft hasilatı 968 min barel, Liviyada 52 min barel, Nigeriyada isə 40 min barel azalıb.
Digər tərəfdən, ötən aya nisbətən İranda neft tədarükü gündəlik 68 min barel, Anqolada 56 min barel, İraqda isə 40 min barel artıb. İyulda OPEC-in xam neft hasilatının dünya üzrə ümumi hasilatdakı payı 27,1 faiz azalıb.
Qlobal neft hasilatı ötən ay gündəlik 200 min barel azalaraq təxminən 100 milyon 700 min barelə düşüb. Sözügedən dövrdə OPEC-ə daxil olmayan ölkələrin hasilatı sutkada 73,4 milyon barel olub.
Qeyd edək ki, dünyada neft qazma qurğularının sayı ötən ay 5 ədəd artaraq 1889-a çatıb. OPEC ölkələrində 3 qazma qurğusu açıldığı halda, OPEC-ə daxil olmayan ölkələrdə 2 yeni qazma qurğusu istehsala başlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [23:40]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [21:23]
Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb
- 12.06.2026 [21:15]
Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır
- 12.06.2026 [18:24]