Ordubadda ağır yol qəzası olub, 4 nəfər xəsarət alıb




Naxçıvan, 20 mart, AZƏRTAC
Ordubad rayonunun Dəstə kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 69-BF-289 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb və aşıb. Qəza nəticəsində Ordubad rayonunun Qoşadizə kənd sakinləri – 1989-cu il təvəllüdlü Tağıyev Tural Bəşir oğlu, həyat yoldaşı Tağıyeva Əsmər Baxışəli qızı, övladları 2016-cı il təvəllüdlü Tağıyev Vüqar Tural oğlu və Tağıyeva Səma Tural qızı müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib, vəziyyətlərinin ağır olduğu bildirilir.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2025 [14:13]
Lənkəranda evə düşən ildırım yanğına səbəb olub
- 24.04.2025 [14:07]
Beynəlxalq səyyahlar Şuşa şəhəri ilə tanış olublar YENİLƏNİB FOTO VİDEO
- 24.04.2025 [12:33]
Düşmənin viran qoyduğu Cahangirbəyli kəndi yenidən qurulur - reportaj
- 24.04.2025 [12:25]
Azərbaycanda pambıq sahələrinin sığortalanmasına başlanılır
- 24.04.2025 [11:47]
Şəkinin içməli su və kanalizasiya xətləri yenilənir - işlər son mərhələdədir
- 24.04.2025 [11:40]