Osloda Norveç Azərbaycanlıları Gənclər Təşkilatının təşəbbüsü ilə siyasi debatlar təşkil edilmişdir
Bakı, 8 sentyabr (AZƏRTAC). Osloda Norveç Azərbaycanlıları Gənclər Təşkilatının (NAGT) təşəbbüsü ilə bu il sentyabrın 12-də Norveçdə keçiriləcək bələdiyyə seçkilərinə dair siyasi debatlar təşkil olunmuşdur.
AZƏRTAC xəbər verir ki, debatlarda Norveçin iqtidar və müxalifəti təmsil edən altı siyasi partiyanın namizədləri iştirak etmişlər.
NAGT-nin sədri Ramil Əliyev bildirmişdir: “İlk dəfədir ki, Norveçdəki Azərbaycan icmasının təşəbbüsü ilə bu cür siyasi toplantı keçirilmişdir. Norveçin aparıcı siyasi partiyalarının bələdiyyə seçkilərində iştirak edəcək nümayəndələrinin bu debatlarda iştirakını NAGT-nin uğuru kimi qiymətləndirmək olar”.
“Mühacirət, inteqrasiya və Norveçin bələdiyyə seçkiləri - 2011” mövzusunda keçirilmiş debatlarda etnik qrupların mədəni, iqtisadi, sosial və siyasi maraqları və bu sahədə olan problemləri müzakirə olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 31.07.2026 [20:08]
Diaspor Gənclərinin 7-ci Yay Düşərgəsinin iştirakçıları Azərbaycana gəliblər
- 27.07.2026 [15:06]
Azərbaycan Beynəlxalq Gənclər Assambleyasında təmsil olunacaq
- 24.07.2026 [15:54]
VIII “Qardaşlaşmış Qarabağ məktəbləri” Yay Düşərgəsi başa çatıb
- 22.06.2026 [23:01]