Ötən gün axtarışda olan 147 nəfər saxlanılıb

Bakı, 21 iyun, AZƏRTAC
İyunun 20-də ölkə ərazisində qeydə alınan 55, əvvəlki dövrlərdən bağlı qalan 13 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 147, o cümlədən borclu şəxs qismində axtarışda olan 125 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 32, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 11 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.07.2025 [18:17]
FHN-in təşkilatçılığı ilə “Bakı 2025” əməliyyat-taktiki təlimi keçirilib
- 10.07.2025 [18:06]
Azərbaycanla Pakistan arasında hüquqi sahədə əməkdaşlıq genişləndiriləcək
- 10.07.2025 [17:13]
Nazir: İlin ilk yarısında 305 kriminal qrup zərərsizləşdirilib
- 10.07.2025 [16:48]