Ötən gün İstanbulda ən yüksək peyvənd tətbiqi qeydə alınıb
İstanbul, 17 iyun, AZƏRTAC
COVID-19 pandemiyası dövrü ərzində İstanbulda ən yüksək peyvənd tətbiqi iyunun 14-də qeydə alınıb. Ötən gün şəhərdə 273 min 602 nəfərə vaksin vurulub.
AZƏRTAC xəbər verir ki, bu barədə İstanbul valisi Ali Yerlikaya bildirib.
Vaksinasiyada yeni mərhələyə addım atan Türkiyədə artıq Sosial Təhlükəsizlik Qurumunda (AGK) qeydiyyatda olan hər bir dövlət işçisi öz arzusu ilə peyvəndlənə bilir. Hazırda ölkə xəstəxanalarında, o cümlədən İstanbulun tibb müəssisələrində vaksinasiya olunmaq istəyənlərin sayı kəskin artıb. Bununla bağlı tibb müəssisələrində sıralar yaranıb.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [16:57]
Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq
- 14.10.2026 [16:52]
Yunanıstanda fırtına və leysan daşqınlara səbəb olub
- 14.10.2026 [15:48]