Ötən il bir istehlakçı orta hesabla ayda 440,5 manat vəsait xərcləyib
Bakı, 22 yanvar, AZƏRTAC
Ötən il istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 53 milyard manat olmaqla 2020-ci ilə nisbətən müqayisəli qiymətlərlə 3,7 faiz artıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 2020-ci illə müqayisədə 3,6 faiz artaraq 51 milyard manatdan çox olub, onun 49,8 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb. Hesabat ilində bir istehlakçı orta hesabla ayda 440,5 manat və ya 2020-ci ilə nisbətən nominal ifadədə 40,1 manat çox vəsait xərcləyib.