Ötən il Yevlaxda 100 hektar sahədə yeni meşələr salınmışdır
Yevlax, 14 yanvar (AZƏRTAC). “Azərbaycan Respublikasında meşələrin bərpa edilməsi və artırılmasına dair” Milli Proqrama uyğun olaraq Yevlax rayonunda yeni meşə sahələri salınır.
Yevlax rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsindən AZƏRTAC-a bildirmişlər ki, 2010-cu ildə 100 hektar sahədə yeni meşələr salınmış, 111 hektar sahədə bərpa işləri aparılmışdır. Yarım hektar sahədə müxtəlif cinslərdən 25 min ədəd qələm basdırılmış, 2,5 hektarda Eldar şamı, sərv, şərq çinarı və göyrüş ağaclarından ibarət böyütmə sahəsi yaradılmışdır. 2,5 hektar sahədə tinglik səpilmiş, 558 min ədəd ting yetişdirilmişdir. 284 min ağac tingindən meşəliklərin salınmasında, eləcə də, rayonda təşkil edilən ağacəkmə aksiyalarında istifadə olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [15:27]
2026-cı ilin mayı tarixə qlobal daşqınlar ayı kimi daxil olub
- 08.06.2026 [12:48]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 08.06.2026 [10:31]
Hesabat: Bəşəriyyətin gələcəyi sürətlə dəyişən okeanlardan asılıdır
- 06.06.2026 [17:11]