Otuz min sakini olan Qalapaqos adasına ildə 170 min turist gəlir
Bakı, 16 mart, AZƏRTAC
Qalapaqos adalarından birində cəmi 30 min nəfər yaşayır, lakin adanı ildə təxminən 170 min turist ziyarət edir.
AZƏRTAC CNN telekanalına istinadla xəbər verir ki, turist axını nəticəsində adaya dəyən ekoloji zərərin qarşısını almaq üçün bu ildən etibarən giriş haqqı iki dəfə artırılacaq. Bu, 1998-ci ildən bəri Qalapaqosa giriş qiymətində ilk bahalaşmadır.
Ekvador Turizm Nazirliyi 2024-cü il avqustun 1-dən qüvvəyə minəcək yeni rüsumları açıqlayıb. Argentina, Braziliya və Perunun da daxil olduğu “Mercosur” ticarət blokunun digər üzvləri istisna olmaqla, demək olar ki, bütün ölkələrin vətəndaşları üçün giriş haqqı 100 dollardan 200 dollara qaldırılacaq. Blokun üzvləri üçün isə qiymət dəyişməz qalır.
Qeyd edək ki, Qalapaqos yüzdən çox adalarla birgə UNESCO-nun Ümumdünya İrsi siyahısına daxildir. “Canlı muzey” adlanan adalarda çoxlu nadir və nəsli kəsilməkdə olan bitki və heyvanlar növləri yaşayır. Arxipelaqda elmi kəşflər hələ də davam edir. Ötən il burada yaşının minlərlə il olduğu güman edilən və elmə məlum olmayan yeni mərcan növü tapılıb. 2021-ci ildə UNESCO-nun dərc etdiyi hesabatda Ekvador hökuməti qanunsuz balıq ovunu azaltdığına və invaziv növlərin populyasiyasını nəzarətdə saxladığına görə təqdir edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [11:48]
Məsud Pezeşkian: İran beynəlxalq platformalarda mövqelərini müdafiə edəcək
- 22.09.2026 [11:28]
Moldovada Dnestrin dayazlaşması fonunda fövqəladə vəziyyət elan edilə bilər
- 22.09.2026 [11:20]
Sudanda 5 milyondan çox məcburi köçkün evlərinə qayıdıb
- 22.09.2026 [10:59]
Kuybışevdə neftayırma zavodu dron hücumuna məruz qalıb
- 22.09.2026 [10:30]
Türkiyə Prezidenti BMT TŞ daimi üzvlərinin veto hüququnu ləğv etməyə çağırıb
ABŞ-də iki böyük hava limanında uçuşlar dayandırılıb
- 21.09.2026 [23:54]
Trampın iştirakı ilə Qrenlandiya sazişi sentyabrın 22-də imzalanacaq
- 21.09.2026 [23:28]
Saatlıda regionlarda kibertəhlükəsizlik məsələləri müzakirə olunub
- 21.09.2026 [22:50]
Tahir Gözel: “Qarabağ” gələcək nəsillərə qalacaq bir mirasdır
- 21.09.2026 [22:16]
Hörmüz boğazı yaxınlığında gün ərzində ikinci gəmi vurulub
- 21.09.2026 [21:54]
"Turan Tovuz"–"Fənərbağça" matçının biletləri satışa çıxarılır
- 21.09.2026 [21:39]
Azərbaycan cüdoçuları dünya çempionatında daha 3 medal qazanıblar
- 21.09.2026 [21:36]
Bu saata olan əsas xəbərlər
- 21.09.2026 [20:00]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [19:23]
Seyid Yəhya Bakuvi və Azərbaycan təsəvvüf ədəbiyyatı
- 21.09.2026 [19:12]
Belqradda Azərbaycanın milli kulinariya nümunələri nümayiş etdirilib
- 21.09.2026 [19:01]
Xəzərdə zəlzələ olub
- 21.09.2026 [19:00]