ÖZBƏKİSTAN İSTEHSALI OLAN YENİ SƏRNİŞİN TƏYYARƏSİNİN TƏQDİMATI OLMUŞDUR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Daşkənd beynəlxalq hava limanında Özbəkistan paytaxtındakı Çkalov adına Aviasiya İshehsalat Birliyinin son məhsulu olan “İL-114-100” sərnişin təyyarəsinin təqdimatı keçirilmişdir.
Mərasimdə “Ozbəkistan Hava Yolları” Milli Aviaşirkəti, Çkalov adına Aviasiya İstehsalat Birliyinin, Dövlətlərarası Aviasiya Komitəsinin, Rusiyanın “İlyuşin” Aviaşirkətinin rəhbərləri, xarici ölkələrin səfirləri, jurnalistlər iştirak etmişlər.
Mütəxəssislər yeni sərnişin təyyarəsinin texniki xarakteristikası haqqında geniş məlumat vermiş, onun ən müasir standartlara uyğun hazırlandığını bildirmişlər. Deyilmişdir ki, yeni təyyarənin mühərriki Kanadada hazırlanır, yanacağı qənaətlə işlədir, fasiləsiz 3 min 500 kilometr məsafə qət edə bilir ki, bu da ölkədaxili və regional reyslərdə çox əlverişlidir.
Qeyd olunmuşdur ki, “Özbəkistan Hava Yolları” Milli Aviaşirkəti artıq iki belə maşın almışdır və daha altı təyyarə sifariş vermişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [16:21]