Özbəkistanda sutka ərzində COVID-19 koronavirusuna yoluxanların sayı 29 nəfər artıb
Daşkənd, 29 mart, AZƏRTAC
Özbəkistanda COVID-19 koronavirusuna yoluxanların sayı 29 nəfər artaraq 133 nəfərə çatıb. Bu, Özbəkistanda koronavirus epidemiyası başlayandan bəri sutka ərzində ən böyük rəqəmdir.
AZƏRTAC Özbəkistan Nazirlər Kabineti yanındakı Operativ Qərargaha istinadla xəbər verir ki, indiyədək koronavirusdan 2 nəfər ölüb, yeddi nəfər sağalıb və onlar reabilitasiya mərkəzinə göndərilib. Virusa yoluxanların 19-na pnevmoniya diaqnozu qoyulub. Səkkiz xəstənin vəziyyəti ağır olaraq qalır.
Xatırladırıq ki, COVID-19 koronavirusuna yoluxan xəstələr Özbəkistan Elmi-Tədqiqat Virusologiya İnstitutunun klinikasında müalicə alırlar.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [16:57]
Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq
- 14.10.2026 [16:52]
Yunanıstanda fırtına və leysan daşqınlara səbəb olub
- 14.10.2026 [15:48]
Bolqarıstan NATO-nun dronlara qarşı müdafiə təşəbbüsünə qoşulmağa hazırlaşır
- 14.10.2026 [15:47]
Çinin xarici ticarəti 19 faizə yaxın artıb
- 14.10.2026 [15:27]