ÖZBƏKİSTANDA YANACAĞIN QİYMƏTİ 14-22 FAİZ ARTMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, sentyabrın 15-dən Özbəkistanda yanacağın qiyməti 14-22 faiz artmışdır. İndi Aİ-80 markalı benzinin litri 1020 (əvvəlki qiyməti 835), Aİ-91, Aİ -92 və Aİ-93 markalı yanacağın litri isə 1.130 sumdur (925). Dizel yanacağının qiyməti də 835 sumdan 1.020 suma qaldırılmışdır.
Bu qiymətlər ölkədə istehsal edilən yanacağa aiddir. Rusiya və Qazaxıstandan alınan benzinin qiyməti isə iki dəfədən də çox artmışdır.
Xatırladırıq ki, bundan əvvəl ölkədə yanacağın qiymətləri martın 16-da və iyulun 1-də bahalaşmışdı.
Hazırda özbək sumunun rəsmi kursu belədir: 1.324 sum - 1 dollar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [16:21]