ÖZBƏKİSTANDAKI SOYDAŞLARIMIZ DƏRDİMİZƏ ŞƏRİKDİRLƏR
“Biz, Özbəkistanda yaşayan azərbaycanlılar, zəmanəmizin görkəmli dövlət, ictimai və siyasi xadimi, bütün dünya azərbaycanlılarının lideri, hamımızın çox hörmət bəslədiyi və sevimlisi Heydər Əlirza oğlu Əliyevin vəfatı xəbərini böyük ürək ağrısı və dərin kədərlə qarşıladıq.
Özbəkistanda – tarixi vətəndən uzaqlarda yaşayan 50 min azərbaycanlı içərisində Heydər Əliyevi şəxsən tanıyan, onu parlaq şəxsiyyət və özlərinə yeganə örnək sayan azərbaycanlılar çoxdur. Heydər Əliyev bütün ömrünü xalqına və doğma Azərbaycanına xidmətə, dünya azərbaycanlılarının birləşdirilməsinə həsr etmişdir. Onun yaratdığı Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi buna daha bir sübutdur.
Heydər Əliyevin vəfatı bizim hamımız üçün, bütün türkdilli xalqlar üçün əvəzsiz itkidir.
Azərbaycan Respublikasının Prezidenti, Heydər Əlirza oğlu Əliyevin oğlu və siyasi varisi İlham Əliyevə, onun ailə üzvlərinə səmimiyyətlə başsağlığı verir, əmin etmək istəyirik ki, Özbəkistandakı Azərbaycan diasporu bütün dünyada olan soydaşlarımızın sıx birliyi üçün əlindən gələni əsirgəməyəcəkdir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.05.2025 [18:54]
Baş nazir Əli Əsədov Çinin Azərbaycandakı səfiri ilə görüşüb
- 15.05.2025 [18:54]
Azərbaycanın çoxvektorlu xarici siyasəti: Regional gücdən qlobal aktora
- 15.05.2025 [18:11]
Çinin ölkəmizdə yeni təyin edilmiş səfiri Milli Məclisdə olub
- 15.05.2025 [18:01]