“PARABANK”IN YENİ FİLİALI FƏALİYYƏTƏ BAŞLAMIŞDIR
AZƏRTAC xəbər verir ki, Ağcabədidə“Parabank”ın sayca 10-cu yeni filialı fəaliyyətə başlamışdır.
Filial fiziki və hüquqi şəxslərə hesablaşma-kassa xidmətləri, sərfəli şərtlərlə depozitlərin cəlb edilməsi, istehlak, o cümlədən avtokreditlər və biznes kreditlərinin verilməsi, VISA plastik kartları, mobil rabitə haqlarının ödənilməsi, “Western Union”, “Contact”, “Migom”, “Privat Money”, “Bıstraya poçta”, “Caspian Money Transfer” kimi beynəlxalq sistemlər vasitəsilə sürətli pul köçürmə və sair bank xidmətləri göstərir.