Paris Olimpiadasında tətbiq ediləcək yeni qaydalar Bakıda qüvvəyə minəcək
Bakı, 12 aprel, AZƏRTAC
Beynəlxalq Atıcılıq İdman Federasiyası (ISSF) “Paris-2024” Yay Olimpiya Oyunlarında reallaşdırılacaq yenilikləri ilk olaraq Bakıda keçiriləcək dünya kuboku yarışlarında tətbiq edəcək.
AZƏRTAC Azərbaycan Atıcılıq Federasiyasına istinadla xəbər verir ki, Beynəlxalq Olimpiya Komitəsinin rəsmi təsdiqindən sonra “Tokio-2020”də tətbiq edilmiş qaydalarla yanaşı, yeni qaydalar da bir sənəddə toplanaraq ISSF saytında yerləşdirilib.
“Atletlərin, məşqçilərin və rəsmi şəxslərin mayın 8-dən Bakıda qüvvəyə minəcək qaydalarla tanış olmaları üçün kitabça dərc edirik”, - deyə ISSF-in bəyanatında qeyd olunub.
Qeyd edək ki, Bakıda keçiriləcək atıcılıq üzrə dünya kuboku yarışlarında iştirak üçün 61 ölkədən 605 idmançı müraciət edib. Yarış mayın 8-dən 15-dək Bakı Atıcılıq Mərkəzində olacaq. Atletlər güllə atıcılığı üzrə 10 növdə mübarizə aparacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [20:36]
Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar
- 13.06.2026 [19:19]
Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub
- 13.06.2026 [19:13]
Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib
- 13.06.2026 [19:05]
Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb
- 13.06.2026 [13:51]
Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb
- 13.06.2026 [12:03]
Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır
- 13.06.2026 [07:21]
ABŞ millisi dünya çempionatına qələbə ilə başladı
- 13.06.2026 [02:15]