Azərbaycan Dövlət İnformasiya Agentliyi

Parisdə Azərbaycanın haqlı mövqeyi bəyan edildi

Paris, 10 dekabr, AZƏRTAC 

Avropa Şurası Parlament Assambleyası (AŞPA) hüquqi işlər və insan haqları komitəsinin dekabrın 10-da bu qurumun Paris qərargahında keçirilən iclasında Avropanın siyasi həyatının bu günü və sabahı üçün əhəmiyyət kəsb edən bir sıra aktual problemlər ətrafında fikir mübadilələri aparıldı. Komitə iclasında Azərbaycan üzrə həmməruzəçi, ispaniyalı deputat Pedro Aqramunun “Azərbaycanın Avropa Şurasına sədrliyi dönəmində insan haqlarının vəziyyəti” mövzusunda hesabatı da dinlənildi.

Məruzə ətrafında aparılan fikir mübadilələrində çıxış edən Azərbaycanın AŞPA-dakı daimi nümayəndə heyətinin üzvü Rafael Hüseynov diskussiyaya qatılan bəzi deputatların qərəzli fikirlərinə etiraz edərək bildirdi: “Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrlik dövrü başa çatıb və zənnimcə, artıq tarixə çevrilmiş həmin dövr qarşılıqlı əməkdaşlıq baxımından kifayət qədər əhəmiyyətli, məhsuldar oldu. Bu təşkilata üzv olduğu ilk gündən demokratiya məktəbi sayılan Avropa Şurasının təqdim etdiyi dəyərlərdən Azərbaycanın daha artıq yararlanmaq, daha çox öyrənmək səyləri ilə yanaşı, başlıca məqsədlərindən biri bu təşkilatın zənginləşməsi və inkişafına özünün mümkün töhfələrini vermək oldu. Sədrlik dövründə Azərbaycanın irəli sürdüyü əsas prioritetlərdən biri korrupsiyaya qarşı mübarizə idi. Qeyd etmək lazımdır ki, ölkədə bu istiqamətdə son illərdə fəal şəkildə davam edən genişmiqyaslı işlər təqdirəlayiqdir. Azərbaycanın Nazirlər Komitəsinə sədrliyi dövründə isə bu işlər daha geniş miqyas aldı. Təbii ki, bu səmtdə aparılan araşdırmalardan hüquq müdafiə təsisatları, qeyri-hökumət təşkilatları da kənarda qalmadılar. Araşdırmalar zamanı isə bir sıra korrupsiya faktları da aşkarlandı. Qəribədir, niyə həmin qəbildən olan qanun pozuntularına görə başqaları cəzalandırılanda bu normal sayılır, eyni cavabdehlik QHT-lərdən tələb olunanda onların bəzilərinin xaricdəki havadarları bunu siyasi məqsədlərlə həyata keçirilən təzyiq kimi qiymətləndirirlər?! Azərbaycan və bir sıra başqa ölkələr QHT-lərin maliyyələşməsində şəffaflığın təmin olunmasını qanuniləşdirəndən sonra da bu, həm Avropa Şurasının bəzi təmsilçiləri, həm də ayrı-ayrı beynəlxalq qurumların Azərbaycana qarşı sərt, barışmaz tənqid mövqeli sözçüləri tərəfindən ciddi etirazlarla qarşılandı. Həmin səslər bu gün burada da eşidilir. Məntiqi anlamaq mümkün deyil. Məgər siz aşkarlığın, şəffaflığın əleyhinəsiniz? Əgər həmin maliyyə vəsaitləri ayrı-ayrı ölkələrdəki, o cümlədən Azərbaycandakı QHT-lərə dürüst, şübhəli olmayan məqsədlərlə yönəldilirsə, əgər burada gizlədilməli hansısa kriminal əlamətlər yoxdursa, onda məbləğlərin, qaynaqların, məqsədlərin açıqlanmasından niyə ehiyatlanırsınız?”

QHT-lərin, ən müxtəlif insan hüquqları müdafiəsi təşkilatlarının daha da inkişaf etməsinin, artmasının qanun çərçivəsində baş verməli olduğunu vurğulayan deputat fikrini belə əsaslandırdı: “Bu qurumlara bağlı kimlərsə xarici xüsusi xidmət orqanlarının tələsinə düşərək Azərbaycan əleyhinə iş aparanda isə dövlətin, müstəqilliyin qorunması, Ukraynadakı kimi yeni Maydanın yaranmaması üçün müvafiq addımlar mütləq atılmalıdır. İndi də, gələcəkdə də. Cənab P.Aqramun məruzəsindəki son bənddə göstərir ki, Azərbaycanda hüquq, ədliyyə sistemindəki işlər davam etməkdədir, lakin bu azdır, kütləvi hüquqi düşüncədə, mentalitetdə dəyişiklik olmalıdır. Mən də bu fikirlə tam razıyam. Ancaq bu uzun sürən bir prosesdir. Əsas odur ki, proses var, niyyət müsbətdir və inkişafa doğru can atılır. İş olan yerdəsə problemlər həmişə var. Ona görə də istər Avropa Şurası, istərsə də digər beynəlxalq təşkilatlar bu cür məsələlərdə Azərbaycan kimi yeni demokratiya ölkələrinə təzyiq, təhdid nöqteyi-nəzərindən deyil, daha çox kömək göstərmək, əməkdaşlıq qurmaq baxımından yanaşsalar, nəticələr daha uğurlu olar”.

Komitə iclasında müzakirəyə çıxarılan digər mövzu “Avropanın qarşısında duran insan haqları problemləri” idi. Bununla əlaqədar komitə iclasında dəvətli qonaqlar, problem üzrə ekspertlər də iştirak edirdi. Londondan “Açıq cəmiyyət” hüquqi təşəbbüslər təşkilatından Kristian Devos, Nyu-Yorkdan Human Rights Watch təşkilatının Avropa və Mərkəzi Asiya üzrə direktoru Veronika Szente Qoldston, Brüsseldən Vətəndaş Həmrəyliyi Platformasının insan haqları naminə beynəlxalq əməkdaşlıq bölümünün direktoru Bricit Dufor məruzələrlə çıxış etdikdən sonra müzakirələr başlandı. Həm məruzəçilərin, həm də komitə üzvlərinin bu müzakirələrdə Azərbaycana qarşı ifadə olunan bəzi ədalətsiz mülahizələri ilə əlaqədar çıxış edən deputat Rafael Hüseynov məntiqi dəlillər və konkret sübutlarla onların cavabını verdi: “Azərbaycan geosiyasi baxımdan son dərəcə həssas, bir çox yaxın və uzaq dövlətlərin ciddi maraq dairəsində olan regionda yerləşir. Müasir tarixin çətin gedişində belə bir ölkəni idarə edənlər, şübhəsiz, yetərincə ağıllı, təcrübəli insanlardır ki, ölkəni bütün kənar arzuolunmaz təsirlərdən qoruyaraq indiki yüksək inkişaf səviyyəsinə gətirib çatdıra biliblər. Məhz yetərincə ağıllı, bilikli, təcrübəli, uzaqgörən olduqları üçün də onlar yaxşı anlayırlar ki, ölkədə hansı bir hüquq müdafiəçisinə, hər hansı QHT üzvünə, yaxud jurnalistə göstərilən hər bir təzyiq, yaxud onların həbsi mütləq müvafiq rezonans doğuracaq, beynəlxalq təşkilatlardan buna etirazlar da gələcək. Ona görə də kimsə həbs edilirsə, hansısa quruma qarşı hansısa sanksiya tətbiq olunursa, bu, yüz dəfə ölçülüb biçilir. Müvafiq hüquqi əsas olmadan belə edilmir. Heç kəs də bu təşkilatın nizamnaməsinə uyğun fəaliyyətlərinə görə deyil, konkret qanunazidd əməlinə, törətdiyi cinayətinə görə məsuliyyət daşıyır. Azərbaycanda QHT-lərin də, hüquq müdafiə təşkilatlarının da inkişafına lazımi şərait yaradılıb, mətbuata, jurnalistlərə də qayğı yüksək səviyyədədir. Lakin cəmiyyətin təhlükəsizliyi məsələsi də məqamı çatanda zəruri tədbirləri qaçılmaz edir. Belə halların hər birinə də məsələni demaqoqcasına siyasiləşdirmədən hər konkret halda fərdi yanaşılmalıdır. Məsələn, xanım Dufor faktları qərəzli şəkildə, tam təhrif edərək söyləyir ki, jurnalist Xədicə İsmayılova Avropa Şurasının payız sessiyasında iştirak edib, orada Azərbaycan dövləti əleyhinə tənqidi çıxışlar səsləndirib, buna görə də az sonra xaricə getmək istəyəndə Bakıda onu hava limanından geri qaytararaq ölkədən çıxmasına icazə verməyiblər, bir qədər sonra isə həbs ediblər. Xanım Duforun dediklərinə inanan sadəlövh, əsl həqiqətdən xəbərsiz şəxslərdə, doğrudan da, bu halda insan haqlarının kobud şəkildə pozulması qənaəti yarana bilər. Amma həqiqət başqa cürdür. Xədicə İsmayılova uzun illərdir ki, mətbuatdadır, mütəmadi olaraq Azərbaycan hakimiyyətinə qarşı kəskin tənqidi yazıları ilə çıxış edib. O yazılarda nə doğrudur, nə düz deyil, ayrı sualdır, lakin ortadakı gerçək bundan ibarətdir ki, arxada qalan illər ərzində heç vaxt həmin jurnalistə heç bir təzyiq, təsir göstərilməyib, o öz peşə fəaliyyətini asudə davam etdirib. Lakin haqqında bəhs edilən jurnalistin adı Azərbaycandakı məşhur bir müxalifət nümayəndəsinə qarşı törətdiyi əmələ görə açılmış cinayət işində keçdiyinə görə istintaq qaydalarına görə təbii ki, o, müvəqqəti olaraq ölkədən kənara çıxa bilməzdi. Bu praktika dünyanın hər yerində mövcuddur. Lakin bu arada o xanımın adı daha bir cinayət işində ortaya çıxdı. Onun həbsinə səbəb olansa, hakimiyyət deyildi və ondan şikayət edən də iqtidara aidiyyəti olmayan başqa bir müxalifət nümayəndəsi, həmin xanımın çoxdan bəri vətəndaş nikahı ilə ər-arvad kimi yaşadığı şəxs idi. Ailə, məişət zəminində baş vermiş cinayətə siyasi don geyindirmək və bunu Azərbaycana qarşı böhtançı məqsədlərlə istifadə etmək qəbuledilməzdir”.

Azərbaycanlı deputat vurğulayıb ki, QHT-lər, hüquq müdafiə təşkilatları, jurnalistlərlə bağlı problemlər hər ölkədə var və Azərbaycan da bu baxımdan istisna deyil. Diqqətə layiq olan odur ki, Azərbaycan bu yöndə irəliləyişlərə nail olmaq üçün durmadan çalışır.

Komitə iclasında, eyni zamanda, Rafael Hüseynovun hazırladığı, Parlament Assambleyasında bir müddət əvvəl müzakirə edilərək yekdilliklə qəbul olunmuş “Qeyri-üzv dövlətlərin Avropa konvensiyalarına qoşulması” mövzusunda məruzəsinin qətnaməsinə Nazirlər Komitəsindən göndərilmiş müsbət rəy də müzakirəyə çıxarılaraq təsdiq edilib.

Əsgər Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Aİ Ukraynaya silah tədarükünə görə Slovakiyaya 105 milyon avro ödəyəcək

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq