Azərbaycan Dövlət İnformasiya Agentliyi

Parlamentin komitə iclasında büdcə zərfinə daxil olan 11 qanun layihəsi müzakirə edilib

Bakı, 17 noyabr, AZƏRTAC

Noyabrın 17-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitə sədri Tahir Mirkişili gündəlikdə 12 məsələnin yer aldığını, onlardan 11-nin ikinci oxunuşda təqdim edilən 2024-cü ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələri olduğunu söyləyib.

Komitə sədri bildirib ki, ötən əsrin 70-ci illərindən başlayaraq Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr ölkə iqtisadiyyatının gücləndirilməsində mühüm mərhələ olub. Həmin dövrdə Azərbaycanda sənayeləşmə prosesinin başlaması, əmək məhsuldarlığının artması, Xəzər dənizində yeni neft resurslarının kəşf edilməsi ölkənin iqtisadi inkişafında önəmli rol oynayıb və müstəqilliyimizin bərpa edilməsi üçün zəmin yaradıb. O, 35 il əvvəl - 1988-ci il noyabrın 17-də Azərbaycan xalqının milli azadlıq hərəkatına başlayaraq, dövlətimizə qarşı olan haqsızlıqlara layiqli cavab verdiyini və bu günün Milli Dirçəliş Günü kimi qeyd edildiyini deyərək, bu münasibətlə təbriklərini çatdırıb.

Sonra Tahir Mirkişili gündəlikdəki məsələlər barədə fikirlərini açıqlayıb. O, 2024-cü ilin dövlət büdcəsi və büdcəyə daxil olan qanun layihələri barədə birinci oxunuşda ətraflı məlumat verildiyini söyləyib. Qeyd edib ki, 2024-cü ilin büdcəsində gəlirlərin 282 milyon manat, xərclərin isə 138 milyon manat artırılması planlaşdırılır.

Sonra iclasda maliyyə nazirinin müavini Azər Bayramov çıxış edərək, 2024-cü il və sonrakı 3 il üçün dövlət və icmal büdcələrinin təklif olunan gəlir və xərcləri barədə məlumat verib. O diqqətə çatdırıb ki, növbəti ilin dövlət büdcəsinin xərcləri 36 milyard 763 milyon manat həcmində təklif olunur. Xərclərin 93 faizinin və ya 34 milyard 173 milyon manatının dövlət büdcəsinin gəlirləri hesabına, 7 faizinin və ya 2 milyard 590 milyon manatının dövlət büdcəsi kəsirinin maliyyələşməsi hesabına həyata keçirilməsi planlaşdırılır. Dövlət büdcəsi gəlirlərinin 49,8 faizi qeyri-neft sektorunun, 50,2 faizi isə neft sektorunun gəlirləri hesabına formalaşacaq.

Bildirilib ki, növbəti ilin büdcə xərclərinin 51,2 faizi və ya 18 milyard 833 milyon manatı məqsədli dövlət proqramları və məqsədli tədbirlərin maliyyələşdirilməsi üçün nəzərdə tutulub. Belə ki, işğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdış proqramı üzrə 4 milyard manat məbləğində, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi üçün 1,5 milyard manat məbləğində və Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün dövlət proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi üçün 249 milyon manat məbləğində vəsaitin yönəldilməsi nəzərdə tutulub.

Qeyd olunub ki, sosialyönümlü tədbirlərin maliyyələşdirilməsi dövlət büdcəsinin əsas istiqamətlərindən birini təşkil edir. Bu istiqamətdə 2024-cü ildə 15 milyard 773 milyon manat vəsait ayrılacaq. Məşğulluq imkanlarının genişləndirilməsi məqsədilə haqqı ödənilən ictimai işlərin maliyyələşdirilməsi üçün 286 milyon manat, keçmiş məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı xərclər üçün 355 milyon manat vəsait nəzərdə tutulub. Təhsil, səhiyyə, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti sahələrində xərclərin artırılması da proqnozlaşdırılır.

Nazir müavini diqqətə çatdırıb ki, 2024-cü il üçün icmal büdcənin gəlirləri 38 milyard 998 milyon manat, xərcləri 42 milyard 376 milyon manat, kəsiri isə 3 milyard 379 milyon manat həcmində proqnozlaşdırılır. Kəsirin ÜDM-ə nisbəti 2,9 faiz səviyyəsində planlaşdırılır. Dövlət Neft Fondunun gəlirləri 12 milyard 73 milyon manat, xərcləri isə 12 milyard 862 milyon manat təşkil edəcək. Növbəti ildə Dövlət Sosial Müdafiə Fondunun büdcəsi 6 milyard 920 milyon manat, İcbari Tibbi Sığorta Fondunun büdcəsi 2 milyard 811 milyon manat, İşsizlikdən Sığorta Fondunun büdcəsi 238 milyon manat, Naxçıvan Muxtar Respublikasının büdcəsi 516 milyon manat təşkil edəcək.

Sonra iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov növbəti ilin büdcə layihəsi barədə danışıb. O bildirib ki, İqtisadiyyat Nazirliyi proqnozları 3 ssenaridə - baza, pessimist və optimal ssenarilər üzrə hazırlayıb. 2024-cü ildə ÜDM 118 milyard 383 milyon manat proqnozlaşdırılır və real artım 2,4 faiz təşkil edir. Neft-qaz sektorunda 1,7 faiz azalma, qeyri-neft sektorunda 4,6 faiz artım proqnozlaşdırılır. ÜDM-in kənd təsərrüfatı üzrə 4,6 faiz, qeyri-neft/qaz sənayesində 8,5 faiz, tikinti sahəsində 2,4 faiz, ticarətdə 3 faiz, turizm sahəsində 15,8 faiz, nəqliyyat sektorunda 4,5 faiz, informasiya və rabitə sahəsində 9,5 faiz, sosial və digər xidmətlər üzrə 3 faiz artımı proqnozlaşdırılır.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili büdcə zərfinə daxil olan qanun layihələri barədə məlumat verib. O diqqətə çatdırıb ki, 2024-cü il üçün Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin 651,9 milyon manat artırılması planlaşdırılır. O, Fondun gəlirlərinin və xərclərinin eyni istiqamətdə artmasının növbəti ildə yaradılacaq iş yerlərinin və orta aylıq əməkhaqqının artım dinamikasına uyğun olduğunu qeyd edib.

Komitə sədri, İşsizlikdən Sığorta Fondunun gəlirlərinin və xərclərinin 7,5 milyon manat artırılmasının planlaşdırıldığını deyərək, ölkədə məşğulluğun artması ilə bağlı tədbirlərin həyata keçirilməsinin vacibliyindən danışıb.

Büdcə zərfinə daxil olan digər sənədlərə əsasən, "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında" qanun layihəsində növbəti il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilir. "Azərbaycan Respublikasında 2024-cü il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihəsində ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə növbəti il üçün ehtiyac meyarının həddi 270 manat məbləğində nəzərdə tutulur.

İclasda Tahir Mirkişili Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərə dair məlumatında söyləyib ki, sənəddə 71 əsas maddə və 201 alt-maddə üzrə dəyişikliklərin edilməsi nəzərdə tutulur. O, bu dəyişikliklərin əsas istiqamətlərinin güzəşt və azadolmalar, habelə inzibatçılığın təkmilləşdirilməsi ilə bağlı olduğunu deyib.

Deputatlar büdcə zərfinə daxil olan digər qanun layihələrini də nəzərdən keçirərək, bu sənədlərdə təklif olunan dəyişiklikləri məqbul hesab ediblər.

Təqdim olunan qanun layihələri ətrafında keçirilən müzakirələrdə komitənin sədr müavini Əli Məsimli, üzvləri Vüqar Bayramov, Məzahir Əfəndiyev, Rüfət Quliyev, Vahid Əhmədov fikir və qeydlərini açıqlayıblar.

Maliyyə nazirinin müavini Azər Bayramov, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, Dövlət Statistika Komitəsinin sədr müavini Yusif Yusifov, Mərkəzi Bank sədrinin birinci müavini Rəşad Orucov, Hesablama Palatasının sədr müavini Nəsir Sadıqov, Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov, Dövlət Məşğulluq Agentliyinin Maliyyə departamentinin müdiri Yuliya Pasternak, Dövlət Vergi Xidmətinin rəis müavini İlkin Vəliyev deputatların suallarını cavablandırıblar, qaldırılan məsələlərə aydınlıq gətiriblər.

Müzakirələrin sonunda gündəliyin 11 məsələsi - “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında”, “Dövlət Sosial Müdafiə Fondunun 2024-cü il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2024-cü il üçün ehtiyac meyarının həddi haqqında”, Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında, Mülki Məcəllədə dəyişiklik edilməsi haqqında, “Nağdsız hesablaşmalar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Banklar haqqında” və “Gömrük tarifi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri ikinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Sonra komitə sədri Tahir Mirkişili gündəliyin 12-ci məsələsi olan “Mühasibat uçotu haqqında” və “Dövlət sirri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) diqqətə çatdırıb.

Bildirilib ki, sənəd maliyyə hesabatları və mühasibat uçotu sənədləri təqdim edilərkən dövlət və ya kommersiya sirri hesab edilən məlumatların qorunmasının tənzimlənməsi məqsədilə hazırlanıb.

Bu qanun layihəsi də birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi başlayıb

Türkiyə və Azərbaycanın elm tarixinin səhifəsi: akademik Bəhram Əsgərovun parlaq yolu

Dosent: Türkmən baxşı sənəti Türk dünyasının şifahi mədəni yaddaşında mühüm həlqədir

“MEK Könüllülük proqramı”: növbəti qəbul prosesində 300-dən çox müraciət daxil olub

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır

Marius Vizer: Qoy, cüdo ziddiyyətli dünyada birlik, dostluq və sülhün ilham mənbəyi olsun

Sentyabrda Bakı metrosundan istifadə edənlərin sayı açıqlanıb

“DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı başlayır

Pirallahı Sənaye Parkının rezidentləri indiyədək 82,2 milyon manatlıq məhsul istehsal edib

Rəşad Nəbiyev: Azərbaycan dünya yarışlarına ev sahibliyi edən möhtəşəm idman mərkəzinə çevrilib

Məryəm Əlizadə: Azərbaycan teatrı zamanla birlikdə addımlamalıdır

Amin Məmmədov: Arpa və Vorotan çaylarının çirkləndirilməsi Azərbaycan üçün ekoloji risk yarada bilər

ADAU-da Müəllimlər Günü: professor Elman Mövsümovun 85 illik yubileyi qeyd edilib

Politoloq: Hibrid və informasiya hücumları bəzi hallarda cəmiyyətə açıq döyüş əməliyyatlarından daha çox ziyan vurur - ŞƏRH VİDEO

Politoloq: Hibrid və informasiya hücumları bəzi hallarda cəmiyyətə açıq döyüş əməliyyatlarından daha çox ziyan vurur - ŞƏRH VİDEO

“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB

Bakıda cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilir

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyir YENİLƏNƏCƏK

Fransada müəllimlər etiraz edən şagirdlərin tələblərini haqlı sayır

Özbəkistanla əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb

Lətif Kərimov yaradıcılığı: Azərbaycan milli-mədəni kimliyinin tarixi kontekstində

Qazaxıstanda cinayətlərin sayı azalıb

Polşa portalı “ADEX 2026” sərgisindən yazıb

Şotlandiyada şəxsi ada 350 min funt-sterlinqə satışa çıxarılıb

Azərbaycan və Belarus arasında idman əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub

Deputat: Ermənistan işğal dövründə Azərbaycanın 7 filiz və 39 qeyri-filiz yatağında qanunsuz istismar aparıb VİDEO

Deputat: Ermənistan işğal dövründə Azərbaycanın 7 filiz və 39 qeyri-filiz yatağında qanunsuz istismar aparıb VİDEO

Masallıda 300 güləşçinin qatıldığı turnir başa çatıb

Lətif Kərimovun 120 illik yubileyi Vyanada “Azərxalça” ASC-nin xüsusi xalça sərgisi ilə qeyd olunub

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 946 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Koalisiya üzvü: İşğal dövründə Qarabağ və Şərqi Zəngəzurun ətraf mühitinə ciddi ziyan dəyib VİDEO

Koalisiya üzvü: İşğal dövründə Qarabağ və Şərqi Zəngəzurun ətraf mühitinə ciddi ziyan dəyib VİDEO

Qarabağda və Şərqi Zəngəzurda müəllim olmaq böyük qürurdur - Şahin Bayramov

Ağdamda 100-cü Yubiley Aqrar Biznes Festivalı baş tutub

Azərbaycanın beynəlxalq idman tədbirlərinə ev sahibliyi etmək təcrübəsi yüksək qiymətləndirilib

Siyəzəndə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 14 nəfər saxlanılıb VİDEO

Siyəzəndə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 14 nəfər saxlanılıb VİDEO

Londonun mərkəzində genişmiqyaslı elektrik kəsintisi baş verib

Amin Məmmədov: Ermənistan ətraf mühitə təsirlərlə bağlı məlumatları təqdim etməlidir VİDEO

Amin Məmmədov: Ermənistan ətraf mühitə təsirlərlə bağlı məlumatları təqdim etməlidir VİDEO

Çinin 23 vətəndaşı Azərbaycanda magistratura və doktorantura təhsili alacaq

Türkiyədəki Roma dövrünə aid eksponatlar Kopenhagendə sərgilənir

Naxçıvanda uzunluğu 17,5 kilometr olan avtomobil yolları yenilənir

Magistraturada 195 nəfər ödənişsiz təhsil almaq hüququ qazanıb - DİM-də əlavə müsabiqənin nəticələri

Bakıda Azərbaycan-Böyük Britaniya Birgə Hökumətlərarası Komissiyanın iclası olacaq

Ədliyyə Akademiyasında vəkilliyə namizədlərin icbari təlimi başlayıb

Norveçdə süni intellekt eynəklərinin istifadəsinə müvəqqəti qadağa qoyulur

Mingəçevir Dövlət Universitetində yeni laboratoriyalar istifadəyə verilib

İbrahimoviç ad günündə özünə bahalı “Ferrari” hədiyyə edib

Alparslan Bayraktar: Enerjidaşıyıcılarının Türkiyə ərazisindən ixracı İraq, Küveyt və Qətər üçün alternativdir

Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb

Azərbaycan ilə Türkiyə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq daha da genişlənir

Emin Hüseynov: Ağdam rayonunda 2000-dən çox ailə məskunlaşıb VİDEO

Emin Hüseynov: Ağdam rayonunda 2000-dən çox ailə məskunlaşıb VİDEO

Firəngiz Xəlilova: Musiqi müəlliminin əsas vəzifəsi tələbədə sənətə həqiqi sevgi yaratmaqdır

Moldova 2030-cu ildə Aİ-yə üzv olmaq niyyətindədir

Gənc Tamaşaçılar Teatrında “Qodo həsrətində” adlı tamaşanın premyerası olacaq

Musiqini öyrətmək və sevdirmək: Pedaqoqun əsl missiyası nədir?

Fransada şagirdlərin etirazları səbəbindən yüzlərlə məktəb bağlanıb

Bəxtiyar Aslanbəyli: Biz AÇG-dən hasilatın uzunmüddətli davamlılığına yeni texnologiyalarla nail olmağa çalışırıq – MÜSAHİBƏ VİDEO

Bəxtiyar Aslanbəyli: Biz AÇG-dən hasilatın uzunmüddətli davamlılığına yeni texnologiyalarla nail olmağa çalışırıq – MÜSAHİBƏ VİDEO

ANAMA: Ötən həftə 1144,9 hektar ərazi mina və digər partlayıcı sursatlardan təmizlənib

“Aeroflot” Moskvadan Bakıya reyslərin sayını artıracaq

Alimlər başqa planetlərdən götürülən nümunələrdə Yerdəki həyat əlamətlərini aşkar edəcəklər

Azərbaycan karateçiləri beynəlxalq yarışlarda üç medal qazanıblar

Güclü iqtisadiyyat və həmrəy cəmiyyətin vəhdəti ŞƏRH

Elmi düşüncə sual vermək və araşdırmaqla formalaşır – Gülnar Qəmbərova

Azərbaycanın təhlükəsizlik siyasəti bundan sonra da əsas prioritetlər sırasındadır ŞƏRH

Yaponiya strateji neft ehtiyatlarından istifadəni dayandırır

Narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

® “AccessBank”ın tərəfdaşlığı ilə “VətəndəSƏN” II Qarabağ Təhsil Forumu keçirilib

Gəncə ilə Oş arasında əməkdaşlığın yeni istiqamətləri diqqət mərkəzində

Özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən namizədlər üçün icbari təlimə başlanılıb

Azərbaycan cüdoçuları dünya çempionatının ikinci gününü medalsız başa vurublar VİDEO

Azərbaycan cüdoçuları dünya çempionatının ikinci gününü medalsız başa vurublar VİDEO

Türkiyə milli valyuta ilə ticarətin həcmini artırır

Nazir: Azad edilmiş ərazilərdə ilk istixana sənaye zonası Cəbrayılda qurulur VİDEO

Nazir: Azad edilmiş ərazilərdə ilk istixana sənaye zonası Cəbrayılda qurulur VİDEO

Müəllimin əsas missiyası tələbəni düşünməyə və araşdırmağa sövq etməkdir - Ramazan Məmmədov

Brno alimləri işıq vasitəsilə minitor qişalarına “görməyi” öyrədiblər

Əbu-Dabidə 3-cü Qlobal Ərzaq Həftəsi keçiriləcək

AZMİU-nun layihəsi Elm Fondunun qrant müsabiqəsinin qalibi olub

Məcnun Məmmədov: İndiyədək keçirilən Aqrar Biznes Festivallarında 85 mindən çox fermer iştirak edib VİDEO

Məcnun Məmmədov: İndiyədək keçirilən Aqrar Biznes Festivallarında 85 mindən çox fermer iştirak edib VİDEO

Mütəxəssis: Dağ-mədən sənayesinin inkişafı digər sahələrdə əlavə dəyərin formalaşmasına şərait yarada bilər

Həbibə Məmmədova: Müəllimin ən böyük uğuru düşünən və araşdıran insan yetişdirməsidir

Bakıda keçiriləcək FIFA U-15 dünya çempionatına hazırlıq işləri yekunlaşır

Özbəkistan səfiri Azərbaycan qadınlarının ictimai-siyasi fəallığını yüksək qiymətləndirib

Ekspert: Rəqəmsallaşma Orta Dəhlizin tranzit müddətinin qısaldılmasına imkan verəcək

“İslam mədəniyyəti atlası” şərqşünas-alimin tərcüməsində

Çin təhsili və akademik mühitindən bəhs edən kitabın təqdimatı olub

“Fənərbağça”nın ulduzu Superliqa oyununu buraxa bilər: Qərar azərbaycanlı hakimin hesabatından asılı olacaq

Müəllim uşağın içindəki işığı üzə çıxarmalıdır – gənc alimin düşüncələri

Yəməndə husilərə qarşı döyüşlərdə 100 qırıcı təyyarədən istifadə edilib, 324 hədəf vurulub

DSMF-nin sədri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyəcək

Qafqaz Müsəlmanları İdarəsinin sədri Qazaxıstana səfər edəcək

Belçika polisi narkotik şəbəkəsinə qarşı əməliyyat keçirib, 21 nəfər saxlanılıb

Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb

“Flydubai” təyyarəsini qaçırmağa cəhddə şübhəli bilinən pilot Böyük Britaniya universitetində yoxlamadan keçməyib

Ekspertlər: Neft qiymətlərinin azalması müvəqqəti xarakter daşıyır

Şagirdin inkişafına mane olan bəzən onun bacarıqsızlığı deyil, özünəinamsızlığıdır - müəllim

Böyük Britaniyanın keçmiş şahzadəsi polisə etiraz edib

Ağdamda “Aqrar sahədə dövlət mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib - YENİLƏNİB VİDEO

Ağdamda “Aqrar sahədə dövlət mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib - YENİLƏNİB VİDEO

Budapeştdə polis əməkdaşlarının sayı artırılacaq

Azərbaycan İslam həmrəyliyinin aparıcı qüvvəsidir ŞƏRH

İngiltərədə miqrantların sahilə çıxarılması zamanı etirazçılarla polis arasında qarşıdurma yaşanıb

Ər-Riyadda Məkkə Müdafiə Sazişi çərçivəsində komitə iclası təşkil olunub

İdeoloji risklər sərhəd tanımır - ŞƏRH

Ülviyyə Nağıyeva: İbtidai sinif müəllimi şagirdin həyatında iz qoyur