İQTİSADİYYAT
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir - SİYAHI
Bakı, 6 sentyabr, AZƏRTAC
Bu gün səhər pik saatlarında paytaxtın küçə və prospektlərdə olan sıxlıqlarla əlaqədar marşrut xətlərinin intervalında gecikmələr yaranıb.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) AZƏRTAC-a bildirilib ki, aşağıdakı istiqamətlər üzrə gecikmələr müşahidə edilir:
1. Bakı-Sumqayıt şosesi-Bakı Beynəlxalq Avtovağzal Kompleksi-Moskva prospekti-20 Yanvar dairəsi istiqamətində 2, 7A, 13, 14, 18, 29, 67, 83, 92, 96, 114A, 114B, 119, 135 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası 20-25 dəqiqə gecikmə müşahidə olunur.
2. Tbilisi prospekti-20 yanvar dairəsi və şəhər istiqamətində 2, 13, 65 və 79 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 10-12 dəqiqə gecikmə var.
3. Binəqədi şosesi - şəhər istiqamətində sıxlıq yaranıb. Bu səbəbdən də həmin ərazidən keçən 71, 79, 133, 165, 179, 202 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 13-19 dəqiqə gecikmə müşahidə olunur.
4. Zabrat şosesi - şəhər istiqamətində 40, 131, 163, 216, 217 və M8 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 9-15 dəqiqə gecikmə qeydə alınır.
5. 8 Noyabr prospekti - şəhər istiqamətində sıxlıq yaranıb. Bu səbəbdən həmin ərazidən keçən 21, 32, 46, 175 nömrəli müntəzəm marşrut xəttindəki avtobuslararası intervallarda 9-13 dəqiqə gecikmə müşahidə olunur.
6. Ziya Bünyadov prospektinin, Müzəffər Nərimanov küçəsi ilə kəsişməsindən başlayaraq köməkçi yol, eyni zamanda, M.K.Atatürk prospekti ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissə - köməkçi yolda, 20 Yanvar dairəsi istiqamətində, eyni zamanda əks istiqamətdə 7A, 7B, 11, 24, 67, 71, 85 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 9-17 dəqiqə gecikmə müşahidə edilir.
7. Badamdar şosesi, Abbasqulu Abbaszadə küçəsi İzzət Nəbiyev küçəsi istiqamətində sıxlıq var. Bu səbəbdən 3, 29, 31, 53 və 206 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 14-16 dəqiqə gecikmə müşahidə olunur.
8. Babək prospekti - şəhər istiqamətindən də həmin ərazidən keçən 30 və 49 müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 8-9 dəqiqə gecikmə var.