PAYTAXTIN MARŞRUT XƏTTİNƏ YENİ SƏRNİŞİN AVTOBUSLARI BURAXILACAQDIR
AZƏRTAC xəbər verir ki, yaxın günlərdə paytaxtın daha bir marşrut xəttinə irihəcmli yeni sərnişin avtobusları buraxılacaqdır.
Nəqliyyat Nazirliyindən bildirmişlər ki, Almaniya istehsalı olan, müasir standartlara cavab verən “MAN” və “MAZ” markalı sərnişin avtobusları 345 nömrəli marşruta buraxılacaqdır. Hazırda peşəkar sürücülərin hazırlanması mərhələsi başa çatmaq üzrədir.
Uzunluğu 11,8 metr olan avtobusların 38 oturacaq yeri vardır. Onların hər biri ilə eyni vaxtda 98 sərnişin daşımaq mümkündür.