Paytaxtın Nəsimi rayonunda oğurluq edən şəxslər saxlanılıblar
Bakı, 21 noyabr, AZƏRTAC
Paytaxtın Nəsimi rayonunda talama cinayəti qeydə alınıb. Naməlum şəxs axşam saatlarında rayon ərazisində yerləşən turizm şirkətlərinin birindən 20 min manat oğurlayıb. Bu barədə zərərçəkən tərəf polisə məlumat verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Ş.Hüseynov müəyyən olunaraq saxlanılıb.
Araşdırmalar nəticəsində onun daha bir vətəndaşa məxsus mağazadan 620 manat oğurladığı da məlum olub.
Digər tədbirlər zamanı isə rayon ərazisində yerləşən özəl klinikaların birindən 540 manat oğurlamaqda şübhəli bilinən Ş.Həsənov tutulub.
Araşdırmalar davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [15:09]
Əməyin mühafizəsinə dair sertifikatlar təhsil işçilərinə təqdim olunub
- 04.06.2026 [15:07]
Özbəkistanın dövlət qulluqçuları "ASAN xidmət"də olublar
- 04.06.2026 [14:51]
Oğuzda narkomanlığın fəsadları ilə bağlı maarifləndirmə aparılıb
- 04.06.2026 [14:18]
Mərkəz rəisi: Enerji sektoru kibertəhdidlərin daha çox hədəfindədir
- 04.06.2026 [13:37]