Pentaqon: ABŞ mülki əhalinin müdafiəsi planı olmadan Rəfah əməliyyatını dəstəkləməyəcək
Bakı, 27 mart, AZƏRTAC
ABŞ mülki əhalinin müdafiəsi planı olmadan İsrailin Rəfah əməliyyatına dəstək verməyəcək.
AZƏRTAC xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin israilli həmkarı Yoav Qalantla görüşdə deyib.
“Lloyd Ostin israilli həmkarının diqqətinə çatdırıb ki, Vaşinqton hələ də İsrailin Qəzza zolağının cənubundakı Rəfah şəhərində fələstinli mülki şəxslərin təhlükəsizliyini təmin etmək üçün lazımi plan olmadan genişmiqyaslı quru əməliyyatı keçirməsini dəstəkləmir”, - bu barədə Pentaqonun mətbuat katibi Patrik Rayder yazılı açıqlamasında bildirib.
Rayder, həmçinin tərəflərin Qəzzaya humanitar yardım tədarükünün artırılması üçün dəniz dəhlizini də müzakirə etdiyini vurğulayıb. Bundan əlavə, Pentaqonun İsrail və Livan arasındakı sərhəddə gərginliyin həlli üçün diplomatik yolun tapılmasını dəstəklədiyini qeyd edib.
ABŞ hərbi sözçünün müavini Sabrina Sinq isə bildirib ki, görüşdə İsrailə silah tədarükü də müzakirə edilib. Lakin o, bununla bağlı əlavə məlumat verməyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [21:11]
ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır
- 13.06.2026 [20:21]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]