Peter Mixalko: Aİ-Azərbaycan arasında rekord dərəcədə yeniliklər olub

Bakı, 15 dekabr, Səlim Rəhimzadə, AZƏRTAC
Cari ildə Avropa İttifaqı və Azərbaycan arasında bir çox, hətta deyərdim rekord dərəcədə yeniliklər olub. Təhsil sahəsində nailiyyətlər əldə etmişik. Ümid edirəm ki, əməkdaşlığımız daha da davamlı olacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko cari ilin yekunlarına həsr olunmuş media brifinqində deyib.
Avropa İttifaqının Azərbaycan üçün iqtisadi və investisiya qoyuluşunu çox vacib hesab edən səfir deyib: “Bu planda 2 milyard avronun xərclənməsi nəzərdə tutulub. Planın əsas məqsədi yeni işlərin yaradılması, iqtisadiyyatın genişlənməsi, ekoloji tarazlığı təmin etmək, texnologiyaların yayılması, bağlantıların qurulmasına diqqətdir. Bununla bağlı işçi qrupu yaradılıb. Bu plan sayəsində Azərbaycan hökuməti ilə sıx əlaqələr qurmağı hədəfləmişik”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.04.2025 [16:34]
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
- 17.04.2025 [15:57]