Azərbaycan Dövlət İnformasiya Agentliyi

Pierluici Rucciero: Azərbaycan məni həmişə özünə cəlb edib VİDEO

Pierluici Rucciero: Azərbaycan məni həmişə özünə cəlb edib VİDEO

Roma, 20 dekabr, AZƏRTAC

Azərbaycanın böyük klassiklərindən Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Qara Qarayev və digər görkəmli bəstəkarlarınızın əsərləri ilə tanışam. Onlar Azərbaycanın operasını və klassik musiqisinin bənzərsiz incilərini. Onların bəzi əsərlərini ifa etmək imkanım olub.

Bu sözləri italyan maestro violonçel ustası Pierluici Rucciero AZƏRTAC-ın xüsusi müxbirinə məxsusi müsahibəsində deyib.

Azərbaycanın tarixi və adət-ənənələri haqqında məlumatlı olduğunu söyləyən maestro ölkəmizin müstəqillik qazandıqdan sonra əldə etdiyi inkişaf və tərəqqidən danışıb. “Azərbaycan bir çox mötəbər beynəlxalq tədbirlərin keçirilməsində zəngin təcrübəyə malikdir. Azərbaycan bir çox aspektlərdən Avropaya yaxın bir ölkədir. Bu yaxınlığın tarixi və mədəni səbəbləri var. Belə ki, ölkəniz Avropa Şurasının üzvüdür. Ölkənizin tarixinə, adət-ənənələrinə, milli musiqisinə marağım və həvəsim olduğu üçün Azərbaycan məni həmişə özünə cəlb edib”, - deyə Pierluici Rucciero vurğulayıb.

Azərbaycanın musiqisi və muğamı haqqında fikirlərini bölüşən violonçel ustası deyib: “Bənzərsiz musiqi janrı olan muğam UNESCO tərəfindən Bəşəriyyətin Qeyri-Maddi İrsinin şah əsəri elan olunub. Təbii ki, məni muğamın ecazkar melodiyaları və improvizasiyaları valeh edir. 2015-ci ildə Bakıda Beynəlxalq Muğam Mərkəzində violonçeldə "Sarı gəlin" xalq mahnısını ifa etmək şərəfinə nail oldum. Azərbaycanın İtaliyadakı səfirliyi ilə reallaşdırdığımız ortaq layihələr çərçivəsində ölkənizin musiqi tarixi haqqında məlumatlarımı dərinləşdirdiyimi xüsusən qeyd etmək istərdim. 2014-cü ildən başlayaraq mənə Azərbaycanın görkəmli və istedadlı sənətkarlar ilə əməkdaşlıq etmək nəsib olub. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasına qonaq kimi dəvət edilərək paytaxtınızın musiqi gerçəkliyi ilə daha yaxından tanış olmuşam. Mükəmməl instrumental məktəb və bir çox gənc, istedadlı musiqiçilər ölkənizi zəngin mədəniyyət mərkəzinə çevirir. İstedadlı pianoçular Yeganə Axundova, Kəmalə Əlizadə, Səidə Tağızadə, skripkaçı Zəhra Quliyeva, mahir tarzən Sahib Paşazadə ilə birgə duet ifa etmişəm. Bundan başqa, İtaliyanın “RAİ” milli radiosunda şəxsən tanıdığım bəstəkar və Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəylinin, bəstəkarlar Sevda İbrahimova, Fidan Qasımova və Firəngiz Əlizadənin mahnılarını səsləndirmişəm”.

Azərbaycanın İtaliyadakı səfirliyi tərəfindən təşkil edilmiş mədəni tədbirlərin kifayət qədər peşəkar səviyyədə hazırlandığını söyləyən musiqiçi 2016-2018-ci illərdə keçirilmiş üç mötəbər tədbirin təşkilindən zövq aldığını söyləyib. Bildirib ki, Bakı Musiqi Akademiyası ilə Florensiya Konservatoriyası arasında əldə etdiyi üçillik əməkdaşlıqdan olduqca qürur duyur.

O deyib: “2016-cı ilin oktyabrında Romada Azərbaycan səfirliyinin təşkili ilə “Kançellariya” sarayında keçirilən konsertimizin müvəffəqiyyəti gözlənildiyindən də artıq oldu. 2017-ci ilin fevralında Azərbaycanın İtaliyadakı səfirliyinin dəstəyi ilə Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş “10 hekayə. Bunlar həqiqət ola bilərdi...” adlı ədəbi-musiqili tamaşa təşkil etdim. Romanın tarixi “Palazzo Brancaccio” sarayında baş tutan tədbirə İtaliyanın dövlət qurumlarının nümayəndələri, parlament üzvləri, bu ölkədə akkreditə olunan diplomatik korpusun təmsilçiləri, ölkənin mədəniyyət, elm, akademik dairələrinin tanınmış şəxsləri, jurnalistlər də daxil olmaqla ümumilikdə 250-dən çox tamaşaçı qatılmışdır”.

Maestro qeyd edib ki, bu ilin oktyabrın 14-də İtaliya Respublikası Prezidentinin Kuirinale sarayının “Kapella Paolina” zalında Azərbaycan, italyan və macar musiqiçilərindən ibarət konsert proqramı təqdim olunub. Rəhbərlik etdiyim Belcan-Tar ansamblı və Xalq artisti Mənsum İbrahimovun “Qarabağ” muğam ansamblının müşayiəti ilə Azərbaycanın klassik musiqi nümunələri, muğam və xalq mahnılarından ibarət konsert ölkənin məşhur “Rai Radio 3” ictimai radiosu ilə canlı yayımlanıb. Bu konsert Azərbaycanın İtaliyadakı səfirliyi tərəfindən təşkil edilib.

Mədəni əlaqələrin hazırkı vəziyyətindən söz açan ifaçı deyib ki, son üç ildə iki ölkənin mədəniyyət mübadiləsi Azərbaycanın İtaliyadakı səfirliyinin dəstəyi sayəsində əhəmiyyətli dərəcədə genişlənib. İtaliyada daha çox Azərbaycan ifaçıları təqdir edilir.

Azərbaycanda konsert proqramı ilə çıxış etmək arzusunda olduğunu söyləyən Pierluici Rucciero təəssüflə bildirib ki, Bakıda və ölkəmizin digər şəhərlərində çox az çıxış edib: “Mən Azərbaycanın vurğunuyam və inanıram ki, bu gözəl ölkədə tezliklə geniş konsert proqramları ilə çıxış edəcəyəm”.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Pierluici Rucciero: Azərbaycan məni həmişə özünə cəlb edib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq

Ebola virusu Konqoda sürətlə yayılır

Beynəlxalq konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər

Ukraynalı filosof: Heydər Əliyevin qayıdışı ilə onilliklər boyu düşünə bilən bir dövlətin təməli qoyulurdu

Aİ siyasətçilərinin demoqrafik böhranla bağlı narahatlıqları artıb

AAYDA: Sel suları nəticəsində zədələnmiş 25 avtomobil yolunda infrastruktur bərpa edilir

Milli Qurtuluş Günü münasibətilə vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub

Britaniyada həkimlər hökumətin yeni təklifindən sonra tətili təxirə salıblar

Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib

Zelenski Rusiya ərazilərinə endirilən hava zərbələrinin detallarını açıqlayıb

Aygün Attar: Bu günün güclü, qalib və suveren Azərbaycanı Heydər Əliyev dövlətçilik məktəbinin parlaq nəticəsidir

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Qazaxıstan-Rusiya sərhədində yük maşınlarının sıxlığı müşahidə olunur

Britaniya La-Manş boğazında Rusiyanın “kölgə donanmasına” məxsus neft tankerini saxlayıb

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Akkan Suver: Azərbaycan öz uğurlarının əsasını 15 iyun 1993-cü ildə qoyulmuş dövlətçilik kursuna borcludur

Türkiyə Avropa Parlamentində səsverməyə çıxarılacaq layihəyə etiraz edib

Abşeron rayonunda Milli Qurtuluş Günü təntənə ilə qeyd edilib

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaqlar

Bu saata olan əsas xəbərlər

MDU-nun rektoru: Milli Qurtuluş Günü Azərbaycan təhsilinin uğurlu gələcəyinə gedən yolun təməlidir

“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub

Balakəndə “Qurtuluşdan Zəfərə” konfransı baş tutub

Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri

Mədəniyyət Nazirliyi yazıçı-dramaturq Hidayət Orucovun vəfatı ilə bağlı məlumat yayıb

Fuad Rəsulov: Bu gün minlərlə xəstənin həyatının xilas edilməsində dövlət dəstəyi mühüm rol oynayır

Ağdamda ildırım düşməsi nəticəsində baş vermiş yanğın söndürülüb – YENİLƏNİB

Türkiyə millisi dünya çempionatına məğlubiyyətlə başlayıb

Dünya bazarında qızıl və gümüş bahalaşıb

Dünya birjalarında neft ucuzlaşıb

Yəmənli alpinist vulkan kraterinə yıxılaraq ölüb

Milli Qurtuluş Günü və məhkəmə hakimiyyətinin formalaşması

İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür

15 İyun Türk dünyasının strateji birliyinə aparan yolun başlanğıcı oldu - ŞƏRH

Konqoda Eboladan ölənlərin sayı 149-a çatıb

Floridada helikopter qəzaya uğrayıb, dörd nəfər xəsarət alıb

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib

Dünya çempionatı: Braziliya millisi xal itirib

Kaluqa hava limanı fəaliyyətini dayandırıb

Ralf Ranqnik Avstriya millisi ilə yeni müqavilə imzalayıb

Şimali Koreyadan ABŞ-yə cavab: Nüvə dövləti olaraq qalacağıq

İsveçrə yığması dünya çempionatları tarixində ilk penalti qolunu vurub

“Axios”: ABŞ və İran arasında atəşkəsi uzadacaq virtual memorandum hazırlanır

Dünya çempionatı: Qətər son dəqiqə qolu ilə bir xal qazanıb

Tbilisidə 11 əvvəl baş vermiş təbii fəlakət qurbanlarının xatirəsi anılıb

DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb

MDU beynəlxalq reytinqdə ilk dəfə iştirak edib, ölkə üzrə 12-ci yerdə qərarlaşıb

Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək

BDU-da cari tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

Tovuzda ağır yol qəzası olub, ölən var

Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb

Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib VİDEO

Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub

Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?

15 İyun xalqın strateji seçimi idi – ŞƏRH

Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub

Şahin İsmayılov: Milli Qurtuluş Günü müdrik xalqımızın Ümummilli Liderinə yüksək ehtiramının ifadəsidir

Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb

Milli Qurtuluş Günü - Azərbaycan dövlətçiliyinin xilası və inkişaf yolunun başlanğıcı

ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır

Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb VİDEO

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb VİDEO

On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər

Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub

Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb

Bu saata olan əsas xəbərlər

Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb

Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb

15 İyun siyasi iradənin bərpası, planlı inkişafın və uzunmüddətli strategiyanın başlanğıcıdır – ŞƏRH

Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub

Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib

Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib

TADDEF sədrinin müavini: Türkiyədə Heydər Əliyevin xatirəsini sevgi və ehtiramla anırlar

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

İstedadlı şagirdlərimiz riyaziyyat və məntiq üzrə ASPIRE olimpiadasının qalibi olublar

“Köklərdən inkişafa doğru”: Bakıda “Nine Senses Fest – 2026” festivalı davam edir

Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas edildiyi tarix kimi xalqımızın yaddaşında əbədi yaşayacaq – ŞƏRH

Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb

Qazax-Tovuz regionunda 6678 şagird məzun olub

YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş olub

Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub

“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub

BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib

“Türkiyənin Süni İntellekt üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planı” açıqlanıb

Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub

Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub

Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib

Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb

Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu

Türk ölkələrinin gəncləri Almatıda ekoloji aksiya keçiriblər

Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO