Pilot ehtiyat dərsliklərlə bağlı 250-dən çox məktəbdə monitorinqlər aparılıb
Bakı, 14 yanvar, AZƏRTAC
Cari tədris ilində pilot istifadədə olan ehtiyat dərsliklərin ölkə üzrə 250-dən çox ümumi təhsil müəssisəsində sınağı həyata keçirilib.
Bu barədə AZƏRTAC-a Təhsil İnstitutundan bildirilib. Monitorinqlər Bakı, Abşeron, Ağstafa, Tovuz, Şəmkir, Qazax, Bərdə, Beyləqan, Gəncə, Qəbələ, Lənkəran və Mingəçevirdə məktəblərin pilot siniflərində aparılıb. Müəllim-şagird-valideyn üçlüyünün rəy və təklifləri dinlənilib, lazımi tövsiyələr verilib, şagirdlərlə sorğu-sual aparılıb.
Monitorinqlər institutun müvafiq şöbəsinin əməkdaşları və dərslik müəllifləri tərəfindən pilot siniflərdə həyata keçirilib.