İQTİSADİYYAT
“Pirallahı” günəş elektrik stansiyasında 1,1 meqavatlıq hissənin tikinti-quraşdırma işləri başa çatıb
Bakı, 30 yanvar, AZƏRTAC
“Pirallahı” günəş elektrik stansiyasında (GES) 1,1 meqavatlıq hissənin tikinti-quraşdırma işləri başa çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Energetika Nazirliyinin 2017-ci il üzrə “Yanacaq-energetika kompleksində fəaliyyətə dair” hesabatında deyilir.
Bildirilir ki, ötən il istifadəyə verilən “Pirallahı” günəş elektrik stansiyası üzrə birinci mərhələ üzrə qoyuluş gücü 2,8 meqavat olan stansiya Pirallahı rayonunun şimal-şərq hissəsində yerləşir. Hazırda iki hektar ərazidə 1,1 meqavatlıq hissənin (4 min 400 günəş paneli) tikinti-quraşdırma işləri başa çatdırılıb. Pirallahı rayonunda 2020-ci ilədək GES-in ümumi gücünün 10 meqavata çatdırılması nəzərdə tutulub.