Pirat audiovizual məhsulların satışı dayandırılmışdır
Bakı, 19 may (AZƏRTAC). İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Yasamal rayonu, A.Abbasov küçəsi, ev 16 ünvanında Amin Hümbətova məxsus mağazada yoxlama aparmışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, yoxlama zamanı müəllif və ya əlaqəli hüquqların sahibinin razılığı olmadan istehsal edilmiş, habelə üzərində istehsalçı barədə heç bir məlumat göstərilməmiş pirat audiovizual məhsulların satıldığı müəyyənləşmişdir. Mağazada aşkar edilmiş 5.047 ədəd pirat CD və DVD-lərin məhv edilməsi barədə Amin Hümbətova icrası məcburi göstəriş verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.05.2026 [18:01]
Neft qiymətləri həftəni artımla tamamlamağa yönəlib
- 15.05.2026 [17:56]
Bu həftə qızıl və neft bazarında əks istiqamətli dinamika müşahidə olunub
- 15.05.2026 [16:29]
İstehlak bazarında qiymətlər açıqlanıb
- 15.05.2026 [15:24]
Naxçıvanda “e-müqavilə” altsisteminin tətbiqi barədə məlumat verilib
- 15.05.2026 [15:23]