Politoloq: Azərbaycan BRICS-dən iqtisadi cəhətdən də faydalana bilər
Bakı, 8 aprel, AZƏRTAC
Azərbaycanın müxtəlif platformalarda iştirakı olduqca əhəmiyyətlidir. Həmçinin ölkəmiz BRICS-dən də iqtisadi cəhətdən faydalana bilər. Bu təşkilat Azərbaycan üçün yeni imkanlar açacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov aprelin 8-də “Azərbaycan və BRICS: imkanlar və perspektivlər” mövzusunda keçirilən tədbirdə deyib.
O, eyni zamanda, bildirib ki, Azərbaycan əsas iqtisadi tərəfdaşı Türkiyə və Avropadır. “Ticarət dövriyyəmizin 30 illik statistikasına baxdıqda Qərbin birinci yeri tutduğunu görərik. BRICS də ticarət dövriyyəsini genişləndirilməsi baxımından bizim üçün əhəmiyyətlidir”, - deyə Zaur Məmmədov qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [21:26]
BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib
- 28.09.2026 [21:15]
Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb
- 28.09.2026 [19:05]