POLŞA PREZİDENTİNİN FİKRİNCƏ, ONUN ÖLKƏSİ GƏLƏCƏKDƏ OLİMPİYA OYUNLARINI KEÇİRƏ BİLƏR
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Polşa Prezidenti Lex Kaçinski UEFA-nın 2012-ci il Avropa çempionatını Polşa və Ukraynada keçirmək qərarından razılığını bildirmiş, bu qərarı “Polşa və Ukraynanın çox böyük uğuru” adlandırmışdır.
Polşa Prezidenti ukraynalı həmkarını “böyük qələbə münasibətilə” təbrik etmişdir.
Lex Kaçinski vurğulamışdır ki, 5 il ərzində güclü infrastruktur tikilməlidir. Onun fikrincə, 2012-ci il Avropa çempionatı milli iqtisadiyyatın inkişafını xeyli sürətləndirəcəkdir.
Polşa Prezidenti demişdir: “Biz Avropa çempionatı ilə kifayətlənməməliyik. Gələcəkdə Olimpiadaya hazırlaşmalıyıq”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [16:37]
Bakıda cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilir
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]
İbrahimoviç ad günündə özünə bahalı “Ferrari” hədiyyə edib
- 05.10.2026 [14:50]