Polşalı mütəxəssis azərbaycanlı boks məşqçilərinə seminar keçəcək
Bakı, 31 iyul, AZƏRTAC
Bakıda növbəti məşqçilik seminarı təşkil olunacaq.
Azərbaycan Boks Federasiyasından AZƏRTAC-a bildirilib ki, bu il ikinci dəfə baş tutacaq təlimlərə beynəlxalq boks dərsliyinin müəllifi, təcrübəli polşalı mütəxəssis Adam Kusior rəhbərlik edəcək.
O, Bakı Boks Mərkəzində əsasən yerli gənc məşqçilərə qaydalardakı dəyişikliklər, onların tətbiqi, məşq proseslərinin daha da təkmilləşdirilməsi ilə bağlı seminar keçəcək. Avqustun 3-9-da təşkil ediləcək təlimlər nəzəri və praktiki hissədən ibarət olacaq, ardınca məşqçi-müəllimlər imtahan verəcəklər.
Seminara 30-dək çalışdırıcı qatılacaq. İmtahandan uğurla keçən iştirakçılara sertifikatlar təqdim olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:05]
Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq
- 29.09.2026 [15:51]
Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb
- 29.09.2026 [15:49]
AMADA Londonda keçirilən beynəlxalq tədbirdə təmsil olunub
- 29.09.2026 [15:36]
Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO
- 29.09.2026 [14:43]