Portuqaliyada turizm sahəsində 60 min iş yerinin bağlanması gözlənilir
Lissabon, 3 dekabr, AZƏRTAC
Portuqaliyaya əhəmiyyətli sayda turistlər yalnız 2021-ci ilin üçüncü rübündə qayıtmağa başlayacaqlar.
AZƏRTAC xəbər verir ki, turizm üzrə Dövlət katibi Rita Markeş Portuqaliyada müvafiq sahədə 60 min iş yerinin bağlanmasının gözlənildiyini bildirib. O əlavə edib ki, proqnozlara görə, hər şey COVID-19 əleyhinə vaksinin uğurundan asılıdır.
Bununla belə, Portuqaliya turizminin 2023-cü ilə qədər virusdan əvvəlki səviyyəyə qayıtması gözlənilmir.
Rita Markeşin sözlərinə görə, Alqarve ən çox təsirlənən bölgə olacaq. Dövlət katibi, bölgədəki işsizliyin keçən illə müqayisədə 134 faiz artdığını, İngiltərənin Avropa İttifaqından çıxmasının isə ingilis turist sayının azalacağına gətirib çıxaracağını ehtimal etdiyini söyləyib.
Səlahiyyətli orqanlar iqtisadi modelin şaxələndirilməsini və beləliklə də turizmdən daha az asılı olmağı təklif edirlər.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Lissabon
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.07.2026 [17:56]
Bu ilin birinci yarısında hotellərin gəlirləri 279 milyon manat olub
- 20.07.2026 [14:19]
Moskvada Azərbaycanın turizm potensialı təqdim olunub
- 15.07.2026 [12:26]
“Şahdağ” Turizm Mərkəzində “TourismLAB” yay düşərgəsi təşkil olunub
- 09.07.2026 [14:26]
Naftalanda müalicə turizmi ilə aqroturizmi birləşdirən infotur
- 02.07.2026 [12:05]