PRAQADA OMBUDSMANLARIN VI BEYNƏLXALQ DƏYİRMİ MASASI KEÇİRİLMİŞDİR
BMT-nin Bratislava Regional Mərkəzi Praqada VI Beynəlxalq dəyirmi masa keçirmişdir. Yığıncaq Avropanın və Müstəqil Dövlətlər Birliyinin ombudsmanları üçün təşkil olunmuşdur. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının rəhbəri Rahim Rəhimov tədbirdə iştirak etmişdir.
Ombudsman Aparatından AZƏRTAC-a bildirmişlər ki, dəyirmi masada ombudsman təsisatlarının ayrı-seçkiliyə qarşı mübarizədə rolu və ayrı-seçkiliyin müəyyən edilməsi məsələləri müzakirə olunmuşdur.
Dəyirmi masada milli ombudsmanlar təsisatlarının nümayəndələri çıxış etmişlər. R.Rəhimov insan hüquq və azadlıqlarının qorunması ilə bağlı ölkəmizdəki yeniliklər, görüləcək işlər və perspektiv planlar barədə məlumar vermişdir.